Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq


24.01.2019  15:57 

Narkotiki qəbiristanlıqda gizlətdi





A+  A-

Yanvarın 23-də Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, araşdırmalarla onun şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 42 yaşlı Vüqar Babayev olduğu müəyyən edilib.

RPŞ-nin əməkdaşları tərəfindən V.Babayevin üzərinə keçirilən şəxsi baxış zamanı ondan sellofan bükümdə 130 qrama yaxın heroin aşkarlanıb.

Saxlanılan şəxsin ətrafında aparılan tədbirlərlə onun rayon ərazisində yerləşən qəbiristanlıqda narkotik vasitə gizlətdiyi də məlum olub. Polis əməkdaşları tərəfindən hal şahidlərin iştirakı ilə həmin əraziyə baxış zamanı oradan sellofan bükümdə 231 qram heroin aşkar edilərək götürülüb.

Saxlanılan şəxs narkotik vasitənin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün saxladığını bildirib.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər 2783 dəfə oxunub.



22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +