Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq


01.08.2017  12:51 

6 yaşlı qızını divara çırparaq öldürən ataya 14 il həbs





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ögey qızını qulağından tutub divara çırpa-çırpa öldürməkdə təqsirləndirilən 1982-ci il təvəllüdlü Elnar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
XəzərNews.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Tamella Nəsrullayevanın icraatında olan prosesdə cəza istənilib.

Dövlət ittihamçısı çıxış edərək E.Hacıyevin 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

E.Hacıyev dövlət ittihamçısının çıxışına qışqıraraq "açın qapını, mən çıxıb gedirəm, 12 il türmədə qalmaq istəmirəm" deyərək reaksiya verib.

E.Hacıyev son söz deməkdən imtina edib.

Məhkəmə kollegiyasının hökmü ilə Elnar Hacıyev 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il iyulun 28-də baş verib. Elnar Hacıyev işdən evə gəlib. Bu zaman o, doğma qızı Həcər Hacıyevaya ləyəndə su gətirməsini tapşırıb. Qızı ləyəndə su gətirib, atası ayağını yuyub. E. Hacıyev ayağını yuduqdan sonra ləyəni ögey qızı olan 6 yaşlı Ramilə Abdulxaliqovaya tapşırıb. 6 yaşlı qız ləyəni qaldıran zaman gücü çatmayıb. Suyu döşəməyə töküb. Bundan əsəbiləşən Elnar Hacıyev 6 yaşlı qıza yumruq və təpik zərbələri endirib. Bununla da kifayətlənməyən Elnar Hacıyev R. Abdulxaliqovanı qulağından qaldırıb evin divarına bir neçə dəfə çırpıb. Bu zaman 6 yaşlı qız huşunu itirib. Bunu görən Elnar Hacıyev qızın üstünə su töküb. Qızın özünə gəlmədiyini görən Elnar Hacıyev onu divana uzadıb. Öz qızı Həcəri Ramilənin yanına qoyaraq tibbi yardım göstərmək üçün aptekə gedib. Lakin 6 yaşlı qız keçinib.

Xəbər 2949 dəfə oxunub.



22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +