Mehdiyevin kürəkəninə ağır ittiham... - Hər il 10 milyon manatı ölkədən çıxarır
Belə absurd sübut olar? - İlqar Mustafayevin məhkəməsi...
Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb
“Kəpəz”in susqunluğu... - Adnan icazə vermir? - Jurnalist
Putin əsgər toplayır: 135 min nəfər hərbiyə çağırılacaq
“Bakılı oğlanlar“ın üçü də ürəkdən ölüb...
Cabir İmanov məşq prosesində vəfat etməyib - Məşq yoldaşı
Sanksiyalar İranın “nəfəsliklərini“ tutacaq - Politoloq
Parisdə Natavan poeziya məclisi keçirilib - Foto
Cabir İmanov idman zalında vəfat etdi


29.09.2025  10:40 

VHP Ali Məclisinə yeni sədr seçildi





A+  A-

Sentyabrın 28-də Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin növbəti sessiyası keçirilib.

XəzərNews.az xəbər verir ki, sessiyanı giriş sözü ilə VHP sədri Sabir Rüstəmxanlı açıb.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra ölkədəki ictimai-siyasi vəziyyət və partiyanın qarşısında duran vəzifələrlə bağlı məruzə edən S. Rüstəmxanlı VHP-nin keçdiyi uğurlu yola nəzər salaraq, bu gün “Vətəndaş həmrəyliyi” ideyasının Azərbaycan üçün 33 il əvvəlki qədər önəmli olduğunu və bu səbəbdən də partiyanın uğurlu siyasi inkişaf yolu keçdiyini vurğulayıb.

Millət vəkili Sabir Rüstəmxanlı qeyd edib ki, VHP bu gün ana müxalifət mövqeyində ölkənin milli birlik mövqeyi üçün çalışır.

Məruzə ətrafında müzakirələrdə deputatlar Fəzail İbrahimli və Tənzilə Rüstəmxanlı, VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli, Siyasi Şura üzvləri İbrahim Quliyev və Vəli Əsmətov, Qax rayon təşkilatının sədri Zaza Poladaşvili, Cəlilabad rayon təşkilatının sədri Əliqismət Əlibəyli, Gəncə şəhər təşkilatının sədri Orxan İslamzadə, Astara rayon təşkilatının sədri Səfərəli Teymurzadə, Tovuz rayon təşkilatının sədri Nəsimi Tovuzlu çıxış ediblər.

Gündəlikdəki ikinci məsələ ilə bağlı təşkilati məsələlər müzakirə olunub. Bu çərçivədə VHP Ali Məclisinin sonuncu sədri Felmar bəyin xatirəsi ehtiramla yad edilib.

Ali Məclis sədrliyinə Yusif Salmansoyun namizədliyi irəli sürülüb və əksəriyyətin lehinə səsvermə ilə o, VHP Ali Məclisinin sədri seçilib.

Cari məsələlərin müzakirəsi ilə Ali Məclis işini yekunlaşdırıb.

Xəbər 495 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +