İş adamının ölkədən çıxışına “stop“ qoyuldu
Belə absurd sübut olar? - İlqar Mustafayevin məhkəməsi...
Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb
“Kəpəz”in susqunluğu... - Adnan icazə vermir? - Jurnalist
Putin əsgər toplayır: 135 min nəfər hərbiyə çağırılacaq
“Bakılı oğlanlar“ın üçü də ürəkdən ölüb...
Cabir İmanov məşq prosesində vəfat etməyib - Məşq yoldaşı
Sanksiyalar İranın “nəfəsliklərini“ tutacaq - Politoloq
Parisdə Natavan poeziya məclisi keçirilib - Foto
Cabir İmanov idman zalında vəfat etdi


27.09.2025  12:16 

Rusiyada azərbaycanlı iş adamının başı dərddə





A+  A-

Rusiya Baş Prokurorluğu Tuapse kommersiya limanının sahibi və keçmiş benefisiarlarına qarşı iddia qaldırıb.

XəzərNews.az lent.az-a istinadən xəbər verir ki, cavabdehlər sırasında Kubandakı Azərbaycan diasporunun nümayəndəsi, Tuapsedəki yükləmə terminalının və “Stary Baku” (“Köhnə Bakı”) restoranının sahibi Şahlar Novruzov, həmçinin Britaniya Virgin Adalarında qeydiyyatdan keçmiş “Voniksel Limited” şirkəti yer alır.

Bu şirkət “Tuapse Dəniz Kommersiya Limanı” MMC-nin 100%-lik təsisçisidir və liman da cavabdehlər siyahısındadır.

Qeyd edək ki, 1 sentyabrda Krasnodar məhkəməsi Ş.Novruzov barəsində həbs qətimkan tədbiri seçib. 60 yaşlı Novruzov 919 milyon rubl dəyərində daşınmaz əmlakı mənimsəməyə cəhddə ittiham olunur. Bildirilib ki, o, özgə aktivlərini qanunsuz ələ keçirmək məqsədilə guya Azərbaycanda bağlanmış saxta nikah şəhadətnaməsini Prikubanski rayon məhkəməsinə təqdim edib.


Xəbər 5640 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +