Ötən il yetkinlik yaşına çatmayan neçə nəfər abort etdirib?
Türkiyə və Suriya hərbi əməkdaşlıq haqqında saziş imzaladı
Ana ağlayan körpəsinə narkotik vurub öldürdü
İlhamə Elşadqızı yenə həbsdə qaldı
Stomatoloqun fırıldağı ifşa olundu
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi
Nəcməddin Sadıkov Türkiyədə dindirilibmiş
Sabah hava yağışlı olacaq
İş adamı Süleyman Babayev həbs edilib
Biz İran kimi sarsaq deyilik ki... - O boyda Amerikaya kəllə ataq


13.08.2025  12:56 

İş adamı Süleyman Babayev həbs edilib





A+  A-

Azərbaycanda və xaricdə tikinti fəaliyyəti ilə məşğul olan iş adamı Süleyman Qalibiyyət oğlu Babayev həbs edilib.

XəzərNews.az xəbər verir ki, "Alke İnşaat Sanayi ve Ticaret Anonim" Şirkətinin Azərbaycan filialının direktoru və qanuni təmsilçisi olan Süleyman Babayev barəsində Cinayət Məcəlləsinin 209.3 və 213.3-cü maddələri üzrə cinayət işi məhkəmədə araşdırılıb.

İttihama görə, Süleyman Babayev 2017–2020-ci illər ərzində özünün və işçisi Erkan Mehmet Oğuzun adına rəsmiləşdirilmiş şirkətlər vasitəsilə vergi orqanına təqdim etdiyi bəyannamələrdə təhrif olunmuş məlumatlar göstərib, bəzi hallarda isə ümumiyyətlə bəyannamə təqdim etməyib. O, təqdim olunan bəyannamələr üzrə ödəniş etməməklə, ümumilikdə 6 794 652,49 manat məbləğində vergi, işsizlik sığortası və məcburi dövlət sosial sığorta haqlarından, həmçinin 783 639,21 manat gömrük ödənişindən yayınmaqda təqsirləndirilir.

Məhkəmədə Süleyman Babayev özünü təqsirli bilmədiyini bildirib. Lakin məhkəmə onun ifadəsini cinayət işinin materialları ilə ziddiyyət təşkil edən, özünü müdafiə məqsədilə uydurulmuş və qeyri-səmimi hesab edib.

Hökmə əsasən, Süleyman Babayev 3 aprel 2023-cü ildən 19 mart 2025-ci ilədək şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında saxlandığı 1 il 11 ay 16 gün cəza müddəti nəzərə alınmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə uyğun olaraq 5 il 14 gün müddətinə azadlıqdan məhrum edilib. Cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkiləcək.

Qeyd edək ki, 2023-cü ilin iyul ayına qədər Süleyman Babayev "AKELİK Group” ASC-nin İdarə Heyətinin sədri olub. 2011-ci ildə yaradılmış şirkətin nizamnamə kapitalı 33 014 681 manat təşkil edir və əsas səhmdarı elə Babayevin özüdür. "AKELİK Group” Tacikistan, Qazaxıstan, Ukrayna, Albaniya və Qırğızıstanda filiallara sahib olub və bu ölkələrdə bir sıra tikinti layihələri həyata keçirib.

Xəbər 159 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.08.2025  13:45 

Sabah hava yağışlı olacaq

13.08.2025  13:15 

Məşhur tiktoker qəzaya düşdü

13.08.2025  12:40 

Prezident bu qanunu təsdiqlədi

13.08.2025  11:25 

İran ballistik raketlər atdı

13.08.2025  11:14 

Bəzi rayonlara leysan yağdı

13.08.2025  11:05 

Qadınlar da avtobus sürəcək

13.08.2025  10:46 

Qusarda ana doğuşdan sonra ölüb

13.08.2025  10:25 

Bu ölkələr İranı HƏDƏLƏDİ

13.08.2025  10:00 

Ukrayna Rusiyaya PUA hücumu etdi


BÜTÜN XƏBƏRLƏR +