Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq


22.08.2025  11:03 

ABB-dən müştərilərə yeni komissiya yükü…





A+  A-

Azərbaycan Beynəlxalq Bankı (ABB) ödəniş terminalları vasitəsilə həyata keçirilən mədaxil əməliyyatlarına yeni komissiya şərtləri tətbiq edib. Bankın rəsmi açıqlamasına görə, yalnız müəyyən limitədək terminallardan mədaxil komissiyasız olacaq, həmin məbləği aşan əməliyyatlara isə əlavə 0,5% xidmət haqqı tutulacaq.

XəzərNews.az tribunainfo.az-a istinadla xəbər verir ki, yeni qaydalara əsasən, sadə kartlar (TamKart Classic, Gənc, Eko, əməkhaqqı kartları və s.) – ayda 1000 manatadək komissiyasız, bundan sonra 0,5% tutulur.

Platinum və ABB Miles kartları – ayda 5000 manatadək komissiyasız, sonrakı mədaxillərdə 0,5%.

Premium, Azal Miles və digər yüksək seqment kartlar – yalnız 10 000 manatadək komissiyasız, sonra isə 0,5% komissiya tətbiq edilir.

Bank yalnız özünün Cash-in ATM-lərində edilən mədaxillərin tamamilə komissiyasız qaldığını vurğulayır.

Müştərilər isə ABB-nin yeni komissiya qaydasndan narazıdır.
Müştərilər bildirirlər ki, ABB faktiki olaraq vətəndaşları məcbur edir ki, yalnız bankomatlardan istifadə etsinlər. Amma reallıqda necədir?
Bir çox bölgələrdə Cash-in ATM-ləri çatışmır.
Xüsusilə maaş günlərində və iri ticarət mərkəzlərində uzun növbələr yaranır.
Texniki nasazlıq hallarında isə vətəndaşın seçimi qalmır – terminaldan istifadə etməli olur, bu zaman isə əlavə komissiya ödəməyə məcbur edilir.
Son günlər sosial mediada onlarla istifadəçi ABB-nin bu qərarını ədalətsiz adlandırıb. Müştərilər yazırlar ki, sadəcə kartlarına pul yüklədiklərinə görə əlavə komissiya ödənişi tələb etmək bank xidmətinin keyfiyyətinə uyğun gəlmir.

Bəs ekspertlər nə deyir?

Maliyyə sahəsi üzrə ekspertlər hesab edirlər ki, ABB dövlət bankı olaraq vətəndaşlara daha əlçatan xidmət göstərməli, xərcləri artırmamalıdır. Çünki ABB həm dövlət dəstəyi, həm də bazardakı dominant mövqeyinə görə digər banklarla müqayisədə üstün vəziyyətdədir.

İqtisadçıların sözlərinə görə, kommersiya banklarının belə addımları onsuz da yüksək faizlərdən əziyyət çəkən vətəndaş üçün əlavə yükdür. Halbuki, beynəlxalq təcrübədə iri dövlət bankları müştərilərə xidmət haqqını azaltmaqla sosial yükü yüngülləşdirir.

Xəbər 342 dəfə oxunub.




22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +