Tanınmış həkim Sankt-Peterburqda boğulub
Bakının bu qəsəbəsində meyxanaya pis baxılır? - VİDEO
Geri çağırılan səfirin katibəsindən uşağı var - Foto
AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya
NATO “Şərq gözətçisi“ əməliyyatına başlayacaq
Bəybala Xankişiyevə “stop“ qoyuldu -FOTO
Sergey Neçayev Almaniya XİN-ə çağırılıb
Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro
“Boeing 737 “ sərnişin təyyarəsi təcili eniş edib
Gürcüstanda buna yol verilməyəcək - Kobaxidze


21.12.2020  17:11 

Zamirə Hacıyeva apelyasiya məhkəməsini uduzdu





A+  A-

Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva 22 milyon funt-sterlinq müsadirə qərarı ilə bağlı apelyasiya şikayəti üzrə məhkəməni uduzub.
XəzərNews.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri yazıb. Bildirilib ki, Hacıyeva Naytsbricdəki bir ev və Berkşirdəki bir qolf sahəsi almaq üçün xərclədiyi vəsaitin mənbəyini izah edə bilməyib.

Harrods yaxınlığındakı malikanə isə 2009-cu ildə Britaniyanın Virgin adalarında qeydiyyatdan keçmiş bir şirkət tərəfindən 11,5 milyon funt sterlinqə alınıb.

“Hacıyevanın qərardan şikayət vermək üçün başqa yolu yoxdur. İndi o, bu sərvəti ilə əlaqədar tələb olunan məlumatları təqdim etməli olacaq”,- deyə qəzet yazır.

Qeyd edək ki, 2018-ci ildə Zamirə Hacıyevanın 2006-2016-cı illər arasında bir gündə 600.000 funt sterlinq də daxil olmaqla, dəbdəbəli Harrods ticarət mərkəzində ümumilikdə 16 milyon funtdan çox pul xərclədiyi məlum olub. O, fevralda İngiltərənin Milli Cinayət Agentliyinin qanuni fəaliyyət göstərdiyini təsbit edən Apellyasiya Məhkəməsinin qərarını inkar edə bilməyib.

Məhkəmə hakimi Bernett və digər iki yüksək dərəcəli hakim tərəfindən o zaman verilən qərarda belə qeyd olunub: “Cənab Hacıyevin dövlət məmuru olduğuna dair dəlillər var idi və çətin ki, onun qanuni gəlirləri xərclənən vəsaitlərin əldə olunması üçün kifayət edirdi”.



Xəbər 4052 dəfə oxunub.




12.09.2025  20:52 

Türkiyədə meşə yanğınları


BÜTÜN XƏBƏRLƏR +