İlham Əliyevin Ağ Evdə Donald Trampla görüşü başlayıb
Bakıda məktəbli qəfil vəfat etdi
“Sülh razılaşması imzalanacaq” - Ağ Ev
“Qaradağ Şüşə Zavodu”nun borcu niyə artır?
Adil Əliyev 5 nəfəri işdən çıxartdı
“92 bal toplamışam, vakant yer tapa bilmirəm
Putin və Tramp gələn həftə görüşə bilər... - Romada
Daha bir məşhur həkimin tibb təhsili yoxdur - İDDİA
Mərkəzdən Hövsana uzanan ölüm çökəkləri
“Sərxoş olub bizə işgəncə verirdilər” – Azərbaycanlı


10.07.2025  11:51 

Ali rəhbər İran dövlətini Ermənistana qurban verir, yoxsa öldürür?!





A+  A-

“Səfirin öz prezidentini və nazirini inkar etməsi dünya praktikasında analoqsuzdur. İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin öz prezidentini və nazirini inkar etməsi və sağ qalması ancaq Ali rəhbərin himayəsi ilə mümkündür. Bu isə sual yaradır - İran dövlətdirmi?”

Bu barədə açıqlamanı politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu bildirib ki, İranın Ermənistandakı səfiri Azərbaycanda, Xankəndində İqtisadi Əməkdaşlıq Təşkilatının XVII yekun sənədinə də irad bildirdi:

“O sənəddə guya Ermənistanın ərazi bütövlüyünə təhlükə yaradan, uydurma və ya kombinə olunmuş ifadələr var. İƏT-in XVII Xankəndi sammiti yaxında İstanbulda keçirilən xarici işlər nazirlərinin görüşündə qəbul edilmiş sənədə istinad edir. M.Sübhani o sənədə də etiraz etmişdi. İstanbuldakı tədbirdə İranın xarici işlər naziri A.Əraqçı iştirak edirdi. İran XİN-nin əməkdaşları o sənədi mütləq yoxlamalı, razılıq verməli və A.Əraqçı da imza atmalı idi. Xankəndində sammitdə tək A.Əraqçı deyil, həm də prezident M.Pezeşkian da iştirak edirdi. İranın prezidenti və xarici işlər nazirinin iştirakı ilə hazırlanmış sənədi səfir təkzib edir”.

Politoloq qeyd edib ki, bu İran dövlətçiliyini, rəhbərliyini təhqir etmək anlamındadır:

“Tək təhqir deyil, bu İran adlı dövlətin olmadığının göstəricisidir. M.Sübhani və onun da üzv olduğu dəstə artıq tam əmindir ki, yaxında İran İslam Respublikası adlı dövlət olmayacaq. Prezident və XİN-nin də daxil olmadığı yeni bir dövlət yaranacaq. Bu təxminən son 3 ildə İranda hakimiyyət uğrunda başlanılan mübarizənin yeni bir mərhələyə çatmasıdır. İranın indiki dövləti ilə yeni dövləti arasında bağlılıq da Mehdi Sübhaninin fikirləri üzərində qurulub. Bir dəstə fars millətçiliyinin təsiri altında olan adamdır”.

M.Əhmədoğlu əlavə edib ki, M.Sübhani və ya İranda onun havadarlarından hansısa biri Ermənistanın ərazi bütövlüyü anlayışını izah edə bilməz:

“Ermənistan ərazisinin sahəsi N.Paşinyanın dövründə neçə dəfə dəyişdiyini də bilməzlər. Ermənistanın ərazisi olmadığı halda onun ərazi bütövlüyünü İran necə dəstəkləyir?! İran müharibə üçün əlavə motivasiya axtarır. Müdafiə naziri Əziz Nəsirzadə də bundan ötrü Ermənistanın müdafiə nazirinə zəng etmişdi. İran Azərbaycan və Ermənistanla sərhədində 100 minlik qoşun saxlayır. Bu qoşun çox əcaib qoşundur. İsrail Azərbaycandan qırıcı uçurdur, PUA buraxır, o ordu görmür. Ordu və onun başında duranlar Azərbaycana şər-böhtan hazırlamaq üzrə kainat çempionudur”.

Politoloqun fikrincə ən əsası bunların hamısının Ali rəhbər S.Ə.Xameneinin göstərişi ilə baş verməsidir:

“Ali rəhbər İranda hakimiyyət dəyişikliyinin olacağını, vəzifədən gedəcəyini bilir və özünü yeni gələn hökumətdən sığortalamaqdan ötrü belə addım atır. Ali rəhbərin fikrincə, yeni gələn hökumət daha anti-Azərbaycan, anti-Türkiyə olacaq, ABŞ-la sıx əlaqələr quracaq”.


Xəbər 1675 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.08.2025  17:25 

Yevlaxda ÜÇ MAŞIN toqquşdu

08.08.2025  16:45 

Bakı-Qazax yolunda təmir gedir

08.08.2025  15:39 

Qardaş bacısını baltaladı

08.08.2025  14:15 

Vardan Arutyunyan saxlanılıb

08.08.2025  12:52 

Novxanı işıqsız qalacaq


BÜTÜN XƏBƏRLƏR +