Ukrayna təhlükəsizlik təminatlarını müzakirə edir - Sibiqa
“Ad günün mübarək!” - Ailə fotolarını paylaşdı
Boksçu gənclərin maaşını mənimsəyirlər?
İmzalanan sənədlər xüsusi əhəmiyyət kəsb edir - Baş nazir
Azərbaycan regionda söz sahiblərindən birinə çevrilib - Nazir
Polis yeraltı kazinolar şəbəkəsini aşkarladı
Məcnun Məmmədova ağır ittihamlar
Tofiq Xanəliyev barəsində cinayət işi başlanıb
Sabah Bakıda külək olacaq, yağış yağacaq
Netanyahu xəstəxananın vurulmasını “faciəli hadisə” adlandırıb


22.06.2022  10:30 

Gömrük Əməkdaşlıq Şurası Siyasi Komissiyasının sessiyası keçirilir





A+  A-

Belçika Krallığının paytaxtı Brüssel şəhərində, Ümumdünya Gömrük Təşkilatının Baş qərargahında Gömrük Əməkdaşlıq Şurası Siyasi Komissiyasının 86-cı sessiyası keçirilir.

XəzərNews.az xəbər verir ki, tədbirdə ölkəmizi Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Sessiyanın ilk iş günündə tədbirin gündəliyi qəbul olunub, Şura sədri və Ümumdünya Gömrük Təşkilatı Baş katibinin ÜGT Strateji Planının icrasına dair hesabatları dinlənilib, COVID-19 Fəaliyyət Planına dair yekun hesabat və ÜGT iş proqramlarının uzlaşdırılmasına dair çıxışlar edilib.

DGK sədrinin birinci müavini İsmayıl Hüseynov çıxışında digər mövzularla yanaşı, gündəliyə daxil edilən “Həssas sərhədlər” bəndi üzrə vacib məsələlərə toxunub. O, 30 ilə yaxın dövr ərzində Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərinin 20 faiz hissəsinin işğalı zamanı dövlət sərhədinə nəzarət etməyin mümkün olmadığını, həmin ərazilərdə bütün infrastrukturun, şəhər və kəndlərin, tarixi-mədəni və dini abidələrin dağıdıldığını, bu ərazilərin minalandığını iclas iştirakçılarının diqqətinə çatdırıb.

Sessiya çərçivəsində COVID-19 Fəaliyyət Planına dair yekun hesabat və ÜGT iş proqramlarının uzlaşdırılması və hesabatlılıq mexanizminin vahid forma əsasında təşkili ilə bağlı məlumat da təqdim edilib, Fəaliyyətin Qiymətləndirilməsi üzrə İşçi Qrupun mandatının uzadılması məsələsi müzakirə olunub.

Sessiyada 2022-2025-ci illəri əhatə edən yeni Strateji Plan və onun icrası üzrə fəaliyyət planı, həmçinin elektron ticarət, gömrük işi sahəsində potensialın gücləndirilməsi və “Yaşıl gömrük” layihəsi ilə bağlı məsələlərə də baxılacaq.

Xəbər 3149 dəfə oxunub.




26.08.2025  12:30 

Kiyevdə rus casusu saxlanıldı

25.08.2025  20:25 

Xocavənddə yanğın başlayıb


BÜTÜN XƏBƏRLƏR +