Hansı ölkələr Ukraynada öz qoşunlarını yerləşdirə bilər?
“Tender kralı” Cəlilabadda yarım milyonluq tender uddu
Sabiq məmur və arvadının əmlakına həbs qoyuldu
Deputatın qardaşı Ukraynada öldürüldü
Əməliyyat zamanı həkim xəstənin çılpaq görüntülərini yaydı
Nazirlik rəsmiləri sahibkarlardan necə pul alıblar?
Onlar “Teleqraf“dan getdilər
Prezident “Qaz təchizatı haqqında” qanunu təsdiqlədi
Putin Zelenski ilə görüşməyə razılıq verdi - Rubio
Lavrov: Moskva ciddi yanaşmanı dəstəkləyəcək


19.08.2025  14:04 

Diaspor Komitəsinin səsini eşitməmişəm – Səfər Alışarlı





A+  A-

“Ruslar bizim diaspora rəhbərlərini bir-bir vətəndaşlıqdan çıxarıb ya həbs edir, ya da ölkədən qovur. Yekaterinburqdan sonra Voronejdə bunu elədilər. İndi də Çelyabinskdə. Moskvadakı diasporumuz da təşkilat olaraq ləğv edilmiş kimidir. Bizim Diaspor Komitəsinin bu məsələlər barədə səsini eşitməmişəm. Onların məqsədi aydındır”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə yazıçı-puplisist Səfər Alışarlı çıxış edib.

S.Alışarlı qeyd edib ki, biz dövlət kimi bir addım irəli, iki addım geri atmamalıyıq:

“Rusiya anti-Azərbaycan isteriyasını dayandırmır. Bizim neft kəmərinə 10 min tonlarla xlor doldurur, Odessada SOCAR-ın bazasını vurur, Xəzərdə təxribatla bizi hədələyir və s. Biz nə qədər yumşaq hərəkət etsək də, axır başı bu ayı ilə bir gün üz-üzə gəlib toqquşacağıq. Yenidən rusun köləsi olmaq istmiriksə, vuruşmalı olacağıq. Ona görə Ukraynanı da qoşmaqla Türk ittifaqının zəruruliyinə Avropanı və bütün dünyanı inandırmalıyıq. Bu ittifaq rəsmiləşsə, müharibə özlüyündə dayana və Rusiya öz sərhədləri daxilinə çəkilə bilər”.

S.Alışarlı əlavə edib ki, ukraynalılar da etnik baxımdan qədim türklərdir:

“Ona görə onların bir xaq kimi kütləvi qətlinə fərman verilib. Qarşı tərəfin ordularını da Kreml şovinistləri əsasən Rusiya türklərindən və manqurt özbək, qırğız, tatar-matardan formlaşdırıb. Bu müharibədə yalnız türk xalqının soyqırımı baş verir. Dünya bunu bilmir. Biz bunu hər yerdə bəyan etməli və müharibənin dayandırılmasını Rusiyadan tələb etməliyik”.


Xəbər 314 dəfə oxunub.




19.08.2025  16:15 

Onlar “Teleqraf“dan getdilər

19.08.2025  12:18 

Yataqxanada yanğın oldu


BÜTÜN XƏBƏRLƏR +