Kikboksçu qadın restoranda həmcinsini niyə döyüb?
Səfirimiz geri çağrıldı
Qazaxıstanda həbslər: Nazir və iş adamı saxlanıldı
Azərbaycanda hava yağışlı keçəcək - Sabah
Gəliri bir ildə 20 milyon manat azalıb
“İş bağlanıb, hara istəyirsən şikayət elə!”
Rusiya paraflanmış sazişə nikbin yanaşır - Overçuk
Overçuk Azərbaycanda saxlanılan ruslardan danışdı
DİM yeni tələbə olanlara müraciət etdi
Astara İcra Hakimiyyətinin tenderi ləğv edilib


07.11.2023  16:22 

“Azdrama”dan 10-a yaxın işçi teatrdan qovuldu





A+  A-

Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə bir qrup əməkdaşı teatrdan uzaqlaşdırıb.

Xəzərnews.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında teatrşünas Çingiz Ələsgərov deyib.

Onun sözlərinə görə, əməkdaşların işdən uzaqlaşdırılması Mədəniyyət Nazirliyinin teatra göndərdiyi məktub əsasında həyata keçirilib:

“Bizi yaşla əlaqədar teatrdan qovublar. Deyirlər ki, qocalmısınız, daha bəsdir, icazə verin yerinizə cavanlar gəlsin. Teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə məni otağına çağırıb bildirdi ki, Mədəniyyət naziri Adil Kərimli teatra məktub göndərib. Məktubda qeyd edib ki, yaşlı əməkdaşlar teatrdan çıxarılsın, yerinə cavanlar götürülsün. Mehriban xanım dedi ki, sizinlə işləmək istərdim, amma nazirin göstərişi var, heç nə edə bilmərəm. Musiqi hissə müdiri Səadət Qarabağlını çağırıb dedi ki, sizinlə işləmək istəmirəm. Məni və digər əməkdaşları işdən çıxarıblar. 45 ildir ki, mən bu sənətdəyəm, insanı birdən-birə bayıra atmazlar ki? İndi mən işləməsəm, necə dolanacağam? Yaşlı insanların təcrübəsi var, biz cavanlara öyrədə bilərik”.

Çingiz Ələsgərov Mədəniyyət naziri Adil Kərimliyə müraciət edəcəyini də əlavə edib.

Xəbər 2955 dəfə oxunub.




04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı

04.09.2025  10:00 

Yeniyetmə su kanalında boğulub


BÜTÜN XƏBƏRLƏR +