Ağdərədə yanğın törədən şəxslər saxlanılıb
Kikboksçu qadın restoranda həmcinsini niyə döyüb?
Səfirimiz geri çağrıldı
Qazaxıstanda həbslər: Nazir və iş adamı saxlanıldı
Azərbaycanda hava yağışlı keçəcək - Sabah
Gəliri bir ildə 20 milyon manat azalıb
“İş bağlanıb, hara istəyirsən şikayət elə!”
Rusiya paraflanmış sazişə nikbin yanaşır - Overçuk
Overçuk Azərbaycanda saxlanılan ruslardan danışdı
DİM yeni tələbə olanlara müraciət etdi


04.09.2025  13:41 

Qazaxıstanda həbslər: Nazir və iş adamı saxlanıldı





A+  A-

Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu və iş adamı Hacı Hacıyev saxlanılıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin bir sıra yüksək vəzifəli əməkdaşları saxlanılıb. Məlumatı hüquq-mühafizə orqanlarındakı mənbələr təsdiqləyib.

Nurtleu Çindən ŞƏT sammitindən qayıtdıqdan sonra evində tutulub, müstəntiqlər nazirin və Hacıyevin evində axtarış aparıblar.

Yerli sosial media və telegram kanalları həbslərin cəsusluq ehtimalı üzərindən aparıldığını yazırlar.

***
Qazaxıstanın mədəniyyət və məlumat naziri Aida Balayeva ölkənin dövlət məmurlarının saxlanılması ilə bağlı xəbərlərin təsdiqlənmədiyini bildirib. Məsələ ilə bağlı feysbuk hesabında paylaşım edən Balayeva yalan məlumatların yayılmasına görə inzibati və cinayət məsuliyyətinin nəzərdə tutulduğunu xatırladıb.

***
Qazaxıstanın Dezinformasiya ilə Mübarizə Mərkəzi isə ölkənin XİN rəhbərinin saxlanılması barədə xəbəri rəsmən təkzib edib: “Baş nazirin müavini – xarici işlər naziri Murat Nurtleu və biznesmen Hacı Hacıyevin saxlanılması ilə bağlı “Orda” portalının yaydığı məlumat həqiqətə uyğun deyil”.

***
Qazaxıstan XİN də öz növbəsində dövlət rəsmilərinin saxlanılması barədə yayılan xəbərləri təkzib edib: “Qazaxıstan xarici işlər nazirinin saxlanılması barədə xəbər doğru deyil. Bunu jurnalistika etikasının və ölkə qanunvericiliyinin pozulması kimi qiymətləndiririk”.

Xəbər 268 dəfə oxunub.




04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı

04.09.2025  10:00 

Yeniyetmə su kanalında boğulub


BÜTÜN XƏBƏRLƏR +