Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


03.10.2023  14:40 

Bu şəxslər 12 min manata qədər cərimə olunacaq - Açıqlama





A+  A-

“İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, “Kredit büroları haqqında” qanunun tələblərinə uyğun olaraq, kredit tarixçələrini təşkil edən məlumatın müəyyən olunan qaydada, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə, hüquqi şəxslər 10 000 manatdan 12 000 manatadək cərimə ediləcəklər. Bu, əsasən kreditlə işləyən hüquqi şəxslərə şamil edilir. Əslində kreditlə mal satanlar gəlir götürürlər, lakin bunu elə qeyd edirlər ki, guya nisyə satışdır, əlavə pul qoymurlar”.



Xəzərnews.az Bakupost.az-a istinadən xəbər verir ki, Bu fikirləri iqtisadçı ekspert Eyyub Kərimli deyib.

O qeyd edib ki, bəzi əməliyyatlar vergidən yayınmaq üçün nisyə satış kimi qeydiyyata alınır və vergi orqanlarına belə təqdim olunur:

"Bu halda sahibkarlar nisyə verdikləri məhsulu daha baha qitmətə satırlar. Belə ki, məhsulun üzərinə əlavə faiz qoyur və onun gəlirini gizlədirlər. Yəni, kredit kimi göstərmirlər. Bu qanun həmin halların qarşısının alınması üçündür. O demək deyil ki, nisyə satış olmayacaq. Sadəcə, məlumatların təqdim edilməməsinə görə cərimələr nəzərdə tutulub. Qanun barəsində məlumat az olduğu üçün insanlar arasında ajiotaj yaranır".

Ekspertin sözlərinə görə, əgər təşkilatlar məlumatları düzgün ötürərlərsə, bu halda qanun düzgün işləyəcək və insanların kredit məlumatları daha aydın şəkildə göstəriləcək:
“Bu dəyişikliklə vergidən yayınma hallarının qarşısı alınacaq.

Artıq vətəndaş hər hansı bir mağazadan, yaxud digər bir yerdən kreditə məhsul alanda bu, rəsmi kredit tarixçəsində əks olunacaq”.

İqtisadçı hesab edir ki, bu yeniliyin tətbiqindən sonra bəzi sahibkarlar bazardan çıxacaqlar, lakin bu, iqtisadiyyata təsir etməyəcək:

“İndiyə qədər qeyri-rəsmi fəaliyyət göstərən kommersiya subyektləri ya fəaliyyətlərini rəsmiləşdirəcək, ya da işlərini dayandıracaqlar. Fəaliyyətini rəsmiləşdirməyən sahibkarlar artıq bu sahədə işləyə bilməyəcəklər. Lakin bazar böyük sarsıntı yaşamayacaq”.




Xəbər 2724 dəfə oxunub.




05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +