Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


08.08.2023  08:34 

Ərzaq qiymətləri bahalaşacaq





A+  A-

2023-cü il üzrə Azərbaycanda orta illik inflyasiyanın 10,4 % civarında olacağı proqnozlaşdırılıb. Bu barədə Maliyyə Nazirliyinin “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə bildirilib. İlkin proqnozlarda orta illik inflyasiya 6,9 % səviyyəsində nəzərdə tutulub, ancaq Nazirlik qeyd edir ki, yenidən baxılma zamanı faktiki göstəricilər, gözlənilən meyillər nəzərə alınmaqla inflyasiyanın 10,4 % səviyyəsində olacağı proqnozlaşdırılıb. Qeyd edək ki, bu, ilkin proqnozdan 3,5 faiz bəndi çoxdur.


Bəs inflyasiya faizinin yüksəlməsinin səbəbi nədir və bu qiymət artımına səbəb olacaqmı?

XəzərNews.az xəbər verir ki, bu barədə Referans.az-ın sorğusunu cavablandıran iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, inflyasiyanın artımı ərzaq məhsullarında və ümumən ölkədə qiymət artımına səbəb olacaq:

“İqtisadi ədəbiyyatda inflyasiya elə qiymət səviyyəsinin artması deməkdir. Yəni inflyasiya artıq qiymətlərdə artım müşahidə olunduğu üçün qaldırılır. Əslində inflyasiya keçən illə müqayisədə aşağı düşüb. İnflyasiya keçən ilə nisbətən zəifliyib. Amma dünyadakı zəifləmə tempinə baxanda və Azərbaycana baxanda görürük ki, bu gözlənilənə uyğun olmayıb. Hökumət də bunun azalacağını gözləyirdi, lakin daha az azalıb və hökumətin proqnozlaşdırdığı rəqəmdən daha yüksək olub”.

İqtisadçı bildirib ki, inflyasiyanın artımı sadəcə dünyada baş verən iqtisadi prosseslərlə əlaqədar deyil. Onun sözlərinə görə, ölkədə baş verən subyektiv səbəblər də inflayasiyanı artıran amillərdir: “Hazırda dünyada da ciddi inflyasiya var. Ölkə başçısı ilk yarımillik müşavirədə də inflyasiya ilə bağlı öz fikirlərini dedi. Yəni burada müxtəlif amillər mövcuddur ki, onlar inflyasiyanın artımına səbəb olur. Həm də ölkə daxilində iqtisadiyyatın strukturunda ortaya çıxan məsələlər var. Ölkəyə mal gətirən bir neçə böyük oyunçu var və onlar çox ləng şəkildə qiymət azalmasını əks elətdirirlər”.

Rəqabət mühiti zəif olduğuna görə, idxalda ciddi manapoliya olduğuna görə və bir neçə qrupun əlində ciddi təmərküzləşmə getdiyinə görə burada belə problemlər baş verir – deyə Xalid Kərimli qeyd edib.

Xəbər 3144 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +