Generalın oğlu İngiltərədə şirkət açdı - Foto
Kreml Azərbaycan diasporalarını “özəlləşdirir“ - ŞƏRH
Peskov prezidentlərin salamlaşmasını şərh etdi
Bakıda saxlanılan erməni məhbus intihara cəhd edib?
17 yaşlı qızın toyu ləğv edildi... - 32 yaşlı kişi ilə...
Prezidentin təyyarəsinə PUA təhlükəsi olub?
Avstraliya 14 rusiyalıya qarşı sanksiya tətbiq edib
Sürücü avtobusu idarə etməkdən niyə imtina edib?
“Unibank” məşhur jurnalistin başına oyun açdı
Sabahın hava proqnozu açıqlanıb


03.09.2025  10:00 

İRAN TÜRKİYƏ ŞİƏLƏRİNİ DÖVLƏTİN ƏLEYHİNƏ QALDIRIR





A+  A-

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı” analitik verilişi Pozan TV-nin youtub kanalında davam edir.

Verilişdə səsləndirilən fikirlərin qısa tezisini təqdim edirik:

İran anti-Türkiyə siyasətini bir an da olsun dayandırmayıb, hətta artırıb. Son dövrlərdə Zəngəzur koridoru ilə bağlı mövzuda anti-Azərbaycançılığı müəyyən qədər azalsa da Türkiyəfobiya siyasətində zərrə qədər azalma yoxdur. Açıq qapılardan baxdıqda görünənlər gizli sahələrdə də çox böyük proseslərin getdiyini belə deməyə əsas verir. İran artıq “kürd kartı”ndan Türkiyəyə qarşı istifadə etməyin gərginliyini başa düşsə də əl çəkməyib. “Kürd kartı”ndan istifadənin azalmasını İran “ələvi kartı”nı gücləndirməklə kompensasiya etmək istəyir.

Türkiyədə azərbaycanlıları və şiələri də birmənalı olaraq Türkiyə hökumətinə qarşı yönəltmək istiqamətində fəaliyyət göstərir. Türkiyədə şiələrin, cəfərilərin lideri Səlahəddin Özgündüzə edilən təzyiqlər effekt vermədiyinə görə, İran cəfəriləri Türkiyə hökumətinin üzərinə qaldırmaqla bağlı arzularına çata bilməyib. Bu kontekstdə “ələvi kartı”nı qızışdırır.



Son dövrlərdə Azərbaycan daxili mövzulara diqqətini daha çox artırıb. İranda başa düşürlər ki, “Zəngəzur koridoru” ilə bağlı məqsədinə çata bilməyəcək. Çünki Ermənistan və İrandan asılı olmayan səbəblər var. Gürcüstan faktoru və Gürcüstanın Ermənistanla müxtəlif geosiyasi müstəvidə olması və gələcəkdə də məhz belə olacağı İranda təsir yaratmır. İranda Gürcüstanın Ermənistanla qarşılıqlı münasibətində yaranan əks-effektlər də Gürcüstanda lazımı effekt yarada bilmir.

İranın hazırda əsas məqsədi “Tramp koridoru” adı ilə İranın qonşuluğuna gələn ABŞ faktorundan necə istifadə etməsidir. İran siyasətçiləri doğrudan da nadandır və nadanlıqlarını beynəlxalq aləmə qışqıran insanlardır.

Son beş ildə ABŞ Ermənistanda hərbi iştirakını gücləndirir. Əsas bütün proseslər Ermənistanın İranla sərhədində baş verir. Ermənistan ABŞ-la birgə hərbi təlimlər keçirir, İranın Ermənistandakı səfiri erməni siyasətçilərin diktəsi ilə ABŞ mətbuatında çıxış edir, rəsmi Tehran, Ali rəhbərin ofisi bunu görmür. Hazırda ABŞ-ın regiona gəlməsindən istifadə İran üçün daha önəmli görünür. Məhz bu prizmadan da İranın Türkiyə rəhbərliyinə qarşı şəxsi təhqirləri artırması və İsrailə əməkdaşlıq mesajları verməsidir.
Bizdə müəyyən qrup adam İranın nə qədər savadsız, aşağı səviyyədə olduğunu dərk edə bilmir. İran R.T.Ərdoğanı İsrail generalının formasında təqdim edir. İran Ceyhan limanında adi gəminin hərəkətini Türkiyənin İsrailə məhsul yola salması, xüsusən Azərbaycan neftini yola salması kimi dəyərləndirir. Əliağa Azərbaycanın müəssisələrinin cəmləşdiyi limandır. Əliağada gəmilərin hərəkətinə də Türkiyə ilə Azərbaycanın birgə İsrailə yardımı kimi dəyərləndirir. Əminə xanım Ərdoğanın dini inancını şübhə altına qoyur.

ŞƏT sammitində R.T.Ərdoğanla S.Cinpin xanımları ilə birgə görüşdü. Bu zaman Əminə Ərdoğan S.Cinpinlə əllə görüşdü. Ardınca İranın mətbu orqanları Asiyanın başqa bir ölkəsinin liderini xanımı ilə həmin qəbulda göstərdi və həmin xanım Əminə Ərdoğan kimi qırmızı geyimdə və ay yaylıqda idi. O, xanım S.Cinpinlə əl ilə görüşmədi, baş əydi.
Hicab qaydasında qadının kişi ilə əllə görüşməsi ilə bağlı heç bir şey yoxdur.

Ümumiyyətlə İranın hicab qaydasına yanaşmasında dinimizdə heç bir şey yoxdur. Bu yəhudilərin dinindən gələndir. Azərbaycan Prezidenti və birinci xanımının da video süjetlərdə İsrail liderləri, Baş nazir B.Netanyahu və onun xanımı ilə də görüşlərini tez-tez verirlər.

Son dövrlərdə intensivlikdə yəhudi konteksti diqqətə çəkir. İranın Türkiyəyə qarşı və onun ardınca da Azərbaycana qarşı təbliğat klişelərini birbaşa İsrailə yönəlmiş mesaj kimi qəbul etmək olar.

İran nadanlar tərəfindən idarə olunan, rəhbərliyində hədsiz çox cahilin olduğu ölkədir, savadları yoxdur. Və ya bu İsrailə aşkar mesajdır: Mənə hücuma keçmə, icazə ver sənin adından Türkiyənin üzərinə hücuma keçim. Türkiyəni sıradan çıxarandan sonra Azərbaycanla da məşğul olacağam. Başqa variant ağla gəlmir. Əlavə hansı arqument, motivasiya ortaya çıxsa, müzakirə etməyə hazırıq. İki nəticə çıxarmaq olar:

1. Türkiyədəki cəfərilər, şiələr S.Özgündüzün ətrafında birləşməli. S.Özgündüzün din və Türkiyə dövlətçiliyinə qarşı münasibəti yaxşı vəziyyətdədir. Bəli, Türkiyə dövlətində müəyyən adamlar onu qəbul etməyə bilər. Türkiyə hökumətində bəzilərinin S.Özgündüzə neqativ münasibəti İranı məhz cəfəri və şiələri Türkiyə hökumətinin üzərinə qaldırmaqda əl-qolunu açır.

2. Bu gün İranın hədsiz anti-Azərbaycn, Türkiyəfobiyası tarixi maksimumdadır. Bunu gələcək zamana saxlamaq çox böyük problemlərə yol aça bilər. Bu gün Azərbaycan, Türkiyə və İran rəsmiləri bu mövzunu müzakirə etməlidirlər. Türkiyə İrana yol vermir. Azərbaycan İrana Rusiyaya və Avropaya çıxmağa yol vermir, İranın yolu ancaq Ermənistandandır. Bu mövzu həllini tapmalıdır. Bu üç dövlət İranın bu ideyası ilə bağlı qərar qəbul etməlidir. Bu İranın yolunun kəsilməsi anlamında deyil, faktlar konstatasiya olunmalı, İrana deyilməli və konkret vaxt qoyulmalıdır. Dörd il ərzində Ermənistan Gürcüstan ərazisindən Qara dənizə doğru avtomobil, dəmir yolu, neft, qaz kəməri, elektrik xətti çəkməlidir. Bu şərtlə Türkiyə Azərbaycanın ərazisindən İranın logistikası əvvəlki qaydada işləyə bilər. Dörd ildən sonra isə hər şey bağlanmalıdır.

Bu gün Çin, Hindistan daxil dünyada qlobal idarəçiliyin dəyişdiyi zamandır. Türkiyəyə ayrı yerdən təzyiq gələ bilər, təbii ki, Azərbaycana təzyiq daha çox gələ bilər. Ona görə İran Türkiyə və Azərbaycan kontekstində dəqiq həllini tapan mövzu olmalıdır.

İran Türkiyə və Azərbaycana qarşı din faktorundan istifadə edir. Azərbaycan istiqamətində dini mövzudan, Türkiyəyə qarşı isə daha çox dini şəxslərdən istifadə edir.
İran Türkiyədə yaşayan azərbaycanlılar, şiələr arasında çox ciddi təfriqə prosesi salıb. S.Özgündüzdən uzaqlaşdırıb, Türkiyə hökumətinə qarşı dayanmağa yönəldib. Buna görə Türkiyədə yaşayan bütün şiələrin, Cəfərilərin lideri Səlahəddin Özgüzdüzün ətrafında toplaşmağa, İranın Türkiyədəki media platformalarından, yaratdığı bəzi təşkilatlardan uzaqlaşmağa çağırıram. S.Özgündüz dini və siyasəti bilən dahi şəxsdir. S.Özgündüz müasir mərhələdə dinin inkişafında dövlətin rolunu düzgün qiymətləndirən şəxsdir. Qloballaşma çox şeyləri, təriqətləri sıradan çıxarda bilər. S.Özgündüzün ətrafında toplaşmaq və onun vasitəsilə Türkiyə dövlətinin inkişafına dəstək vermək hazırda vacib mərhələdir.





Xəbər 1147 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

03.09.2025  14:05 

AFFA bu klubları cərimələdi

03.09.2025  13:04 

Sabahın hava proqnozu açıqlanıb

03.09.2025  12:06 

Nazirə yeni müşavir təyin olundu

03.09.2025  10:19 

Tiktoker Xosrov həbs olundu


BÜTÜN XƏBƏRLƏR +