Məcnun Məmmədova ağır ittihamlar
Tofiq Xanəliyev barəsində cinayət işi başlanıb
Sabah Bakıda külək olacaq, yağış yağacaq
Netanyahu xəstəxananın vurulmasını “faciəli hadisə” adlandırıb
Krım pilotsuz təyyarələrin hücumuna məruz qalıb
Kiyevdə rus casusu saxlanıldı
Polis 44 kiloqram narkotik vasitə aşkarlayıb
Peşə təhsil müəssisələrinə boş qalan yerlərə qəbul başlayır
Nəsiminin məzarı Suriyadan Azərbaycana gətirilir?
Mirzə İbrahimov: Sizin yoxsa, bizim...


21.11.2017  16:54 

Azərbaycan sərt pul siyasət yürüdəcək





A+  A-

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il də konservativ monetar siyasət yürüdəcək.
XəzərNews.az xəbər verir ki, bunu AMB sədri Elman Rüstəmov bildirib: "Məzənnənin sabitliyi 2018-ci ildə diqqət mərkəzində olacaq, valyuta bazarında sabitlik qorunacaq".

E.Rüstəmov qeyd edib ki, cari ildə tədiyyə balansında profisit bərpa olunub - 1,1 mlrd. dollarlıq profisit əldə olunub.

"Tədiyyə balansında yaxşılaşma yalnız neftin qiyməti ilə bağlı deyil. İdxalın azalması, qeyri-neft ixracının 35% artması da tədiyyə balansına təsir edən amillərdəndir. Xidmət balansında da müsbət meyillər var. Cari ildə strateji ehtiyatlar 12%, AMB ehtiyatları 31% artıb. Ölkənin valyuta ehtiyatlarına qənaət edilib. Ölkəyə idxal azaldılıb, strateji valyuta ehtiyatlarına təzyiq azalıb. Maktoiqsadi sabitliyin ilkin əsasları yaranıb", - deyə AMB sədri əlavə edib.

Baş bankir bildirib ki, hazırda bank aktivlərinin 20%-dən çoxunu likvid aktivlər təşkil edir: "Kredit portfelində aktivlik müşahidə olunmur". Onun sözlərinə görə, AMB-nin sterilizasiya alətlərinə ehtiyac çoxdur.

E.Rüstəmov bildirib ki, inflyasiyanı əsasən qeyri-monetar amillər şərtləndirir: "Son bir ayda dünya bazarında ərzaq məhsullarının qiymət artımı ölkədə də inflyasiyanın aşağı düşməsinə mane olub".

Xəbər 3747 dəfə oxunub.




26.08.2025  12:30 

Kiyevdə rus casusu saxlanıldı

25.08.2025  20:25 

Xocavənddə yanğın başlayıb


BÜTÜN XƏBƏRLƏR +