Azərbaycanlı Almaniyada saxlanıldı
İmkanı olmayanlar təyyarə biletlərini necə ödəsin?
“BakuBus”un avtobusları yolda ötüşürmüş?
Belarus diplomatı Moldovadan çıxarılıb
Hindistanlı milyarderə qarşı sanksiya tələb olundu
“Yeni Klinika“da da yoxlamalar başladı
Aygün Kazımova tanınmış müğənnini pərt etdi
Yol Polisi sürücülərə müraciət etdi
NATO Rusiyaya qarşı... - Siyasi vəziyyəti dəyişir
Dönərin içindən şüşə qırıntısı çıxdı - “Bir-İki dönər“də


10.09.2025  16:27 

Hindistanlı milyarderə qarşı sanksiya tələb olundu





A+  A-

Ukraynanın “Batkivşina” fraksiyasından olan xalq deputatı Mixailo Sokolov Ukrayna Təhlükəsizlik Xidmətinə müraciət edərək, məlumat təsdiqləndiyi halda, hindistanlı iş adamı Mukeş Ambani və onun rəhbərlik etdiyi “Reliance Industries” şirkətinə qarşı sanksiyaların tətbiqinə başlanılmasını tələb edib. Deputat iddia edir ki, Ambani Rusiyanın neft yataqlarında və Kreml ilə əməkdaşlıq planlarında iştirak edir.

XəzərNews.az xəbər verir ki, bu barədə Sokolov özünün Facebook səhifəsində məlumat yayıb.

Sokolovun sözlərinə görə, Rusiyanın Ukraynaya tammiqyaslı işğalından əvvəl Hindistanın idxalında Rusiya neftinin payı 1%-dən də az olub. 2024-cü ildə isə bu göstərici kəskin artaraq gündəlik 1,95 milyon barrelə çatıb və Hindistanın ümumi neft idxalının 42%-ni təşkil edib.

Deputat əlavə edib ki, Reliance Industries hər il 12-13 milyard dollar dəyərində neft tədarükü üçün “Rosneft” ilə 10 illik müqavilə imzalayıb. Müqaviləyə əsasən, Rusiya gündəlik 500 min barrelə qədər neft göndərir ki, bu da Rusiya şirkətinin dəniz yolu ilə ixracının yarısına bərabərdir.

Onun sözlərinə görə, Rusiyanın büdcəsinə maliyyə axını belə həyata keçirilir: Rusiya nefti BƏƏ və Honq-Konqdakı vasitəçilər vasitəsilə endirimlə alınır, Hindistanda emal olunur və Qərb bazarlarına artıq “hindistan mənşəli” neft məhsulları kimi satılır. Əldə edilən gəlirlər isə Kremlə bağlı treyderlərin hesablarında qalır və sanksiyalara məruz qalan silah və texnologiyaların alınmasına yönləndirilir.

“Ukrayna təcavüzkara kömək edən hər kəsə qarşı ardıcıl hərəkət etməlidir”, – Sokolov vurğulayıb.

Xəbər 505 dəfə oxunub.



10.09.2025  10:33 

Bu, müharibə aktıdır - Co Vilson

09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq


BÜTÜN XƏBƏRLƏR +