Belarus diplomatı Moldovadan çıxarılıb
Hindistanlı milyarderə qarşı sanksiya tələb olundu
“Yeni Klinika“da da yoxlamalar başladı
Aygün Kazımova tanınmış müğənnini pərt etdi
Yol Polisi sürücülərə müraciət etdi
NATO Rusiyaya qarşı... - Siyasi vəziyyəti dəyişir
Dönərin içindən şüşə qırıntısı çıxdı - “Bir-İki dönər“də
Kəlbəcərdə “Mercedes“ dərəyə aşdı
Putin Trampı imicinə zərbə vurur - Politoloq
16 yaşlı qıza təcavüz edənlər saxlanıldı


23.07.2025  11:49 

Məşhur restoranda vətəndaşdan əlavə ödəniş alındı





A+  A-

Bakının Qaraçuxur qəsəbəsi ərazisində yerləşən "Green Park" adlı restorandan vətəndaşlar narazılıq ediblər.

XəzərNews.az Demokrat.az xəbər verir ki, ötən gün ad gününü qeyd etmək üçün restoranda istirahət edən vətəndaşlardan servis haqqından əlavə ödəniş alınıb və müştəriyə kassa çeki təqdim edilməyib. Vətəndaşlara isə həmin vəsaitin tort üçün əlavə ödəniş olduğu bildirilib.

Mövzu ilə bağlı Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a açıqlamasında bildirib ki, bznes qurumları üçün hökumət son dərəcə toxunulmaz şərait yaradıb:

"Vətəndaş marketə girən zaman belə ona potensial oğru kimi baxırlar, çantasını alırlar. Çanta itdiyi zaman isə cavabdehlik daşımırlar. Belə hallarda dövlət orqanları bildirir ki, şəxsi biznesdə yaradılan şəraitə qarışa bilməzlər. Bəzi restoranlarda "face control" tətbiq olunur, bəziləri qadınsız girişə icazə vermir, bəziləri üzü mənzərəyə tərəf oturanlardan əlavə ödəniş, servis haqqı alırlar və s".

Ekspert deyib ki, qanunvericilikdə bunlar qadağan olunmadığı üçün biznes qurumları bu hallardan sui-istifadə edirlər:

"Başqa ölkələrdə də bu halla rastlaşmışam. Ancaq bütün hallarda vətəndaşa kassa çeki təqdim olunmalıdır. Dövlət vergidən yayınma olmamasında maraqlıdır. Bu, anormal haldır və istehlakçı hüququnun pozulmasıdır. Eyni zamanda turizmin inkişafına mane olan məsələdir.

Hökumət üzünü istehlakçılara çevirməlidir. Biznes qurumlarının toxunulmazlıq şəraitinə son qoyulmalıdır. İstehlakçılar belə hallarda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etməlidirlər".


Xəbər 571 dəfə oxunub.




10.09.2025  10:33 

Bu, müharibə aktıdır - Co Vilson

09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +