Prezident “ŞƏT plyus” formatında görüşdə çıxış etdi
“Neftçi”dən inciməmişəm” - Qurban Qurbanov
Bulvarda dənizdə batan qadın xilas edildi
ATƏT-in Minsk qrupu rəsmən ləğv olundu
Bakıda bu ərazidə hər gün zibil yandırılır
Hindistandan Azərbaycana qarşı düşmən addım
Yasamalda sürücüləri narahat edən bərbad yol
Mərkəzi parkda ikiyaşlı uşaq kanalizasiya quyusuna düşdü
Azyaşlıları zorla dilənçiliyə cəlb edən şəxs tutuldu
Bakının mərkəzində 68 illik bina qəzalı vəziyyətdədir


02.07.2018  20:31 

“Rusiya ilə daha çox yaxınlaşmalıyıq” — Ayaz Mütəllibov





A+  A-

“Son illər Rusiya siyasətçiləri açıq şəkildə etiraf edirlər ki, SSRİ dağıldıqdan sonra Rusiyaya ən sadiq olan dövlətlərdən biri Azərbaycandır. Bu baxımdan da Azərbaycanla Rusiya arasında yeni siyasi ox tətbiq olunur”.
XəzərNews.az-ın məlumatına görə, bu fikirləri “Ölkə.Az”a açıqlamasında Azərbaycan Respublikasının eks-prezidenti Ayaz Mütəllibov bildirib.

A.Mütəllibov deyib ki, yeni siyasi ox Qarabağ münaqişəsinin həllinə də müsbət təsir göstərəcək:

“Bəzən kimsə deyir ki, Qarabağ münaqişəsinin həlli Qərbdədir, biz Qərbə inteqrasiya etməliyik və sairə. Ancaq reallıq odur ki, Dağlıq Qarabağ münaqişəsinin həllində həlledici rolu Rusiya oynayır. Biz Rusiya ilə dil tapıb ilkin olaraq Dağlıq Qarabağ ətrafı 7 rayonunun geri qaytarılmasını təmin edə bilərik. Bu kompromislə əldə oluna bilən məsələdir. Rusiya da anlayır ki, Azərbaycan ötən 25 ildə sülh yolunu üstün tutub”.

Sabiq prezident qeyd edib ki, Azərbaycanın indiyədək birtərəfli olaraq Qərbə üz tutmaması Rusiya tərəfindən müsbət qarşılanır:

“İndiyədək Azərbaycanın Rusiya ilə münasibətlərə sadiq qalması bizim üstünlüyümzdür. Bunu etməyən ölkələrdə oldu. Ancaq onlar bu illər ərzində heç nə qazanmadılar. Bilirsiniz, Rusiya bizim ən böyük qonşularımızdan biridir. Bu da ciddi faktordur. Əgər biz səmimi yaxın qonşuluqdan danışırıqsa, bunun bəhrəsi mütləq olacaq. Baxmayaraq ki, böyük dövlətlər öz milli maraqlarından çıxış edirlər. Ancaq yaranmış vəziyyətdən maksimum yararlanmaq lazımdır. Bunun üçün də insanlarımıza vəziyyəti düzgün izah etmək vacibdir”.

A.Mütəllibov bildirib ki, hələlik Azərbaycanın NATO-ya inteqrasiyasına ehtiyac yoxdur:
“Bu çox ciddi məsələdir. Ona görə də biz bu məsələyə çox diqqətlə yanaşmalıyıq. Burada əsas odur ki, bizə nə vəd olunur və nə qazanacağıq. Ümumiyyətlə böyük güclərin arasında olmaq lazım deyil. Biz hər zaman milli maraqlardan çıxış etməliyik. Bizim üçün əsas məsələ o olmalıdır ki, böyük güclərdən kim nəyə qadirdir. Misal üçün, hansı Qərb dövlətləri təkbaşına Dağlıq Qarabağ münaqişəsinin öhdəsindən gələ bilər? Ancaq Rusiya münaqişəni təkbaşına həll edə bilər. Açıq danışmaq laızmdır, ötən 25 ildə Azərbaycan Rusiya ilə heç zaman hesablaşmayıb. Bunun da səbəbi var. Biz Qarabağa görə Rusiyadan incik olmuşuq. Bu boşluğu da Ermənistan dolduraraq bizə qarşı istifadə edib. Amma bu gün Ermənistan Rusiyadan üz döndərib. İndi də biz bu boşluqdan yararlanmalıyıq”.

Sabiq prezident vurğulayıb ki, Azərbaycan Rusiya ilə daha da yaxınlaşmalıdır:

“Düzdür, biz Rusiya ilə yaxınlaşmağımıza daxildən qarşı çıxan qüvvələr də tapılacaq. Müxalifət hər zaman olur. Amma buna fikir vermək lazım deyil. Biz Rusiya ilə daha sıx əməkdaşlıq etməliyik. Necə ki, indiyədək Ermənistan Rusiyadan bizə qarşı istifadə edib, indi də məqamdır, biz Rusiyadan istifadə edib torpaqlarımızı geri qaytarmalıyıq. Bunun da yolu Rusiya ilə yaxınlaşmaqdan keçir”.

A.Mütəllibov deyib ki, son zamanlardan Rusiyanın müəyyən dairələrinin Azərbaycana təklifləri göz qabağındadır:

“Biz bu təklifləri nəzərdən keçirtməliyik. Çünki geosiyasi proseslər ciddi münasibətlərin qurulmasını tələb edir. Biz dünyada və regionda gedən proseslərə diqqət yetirməliyik.

Son 25 ildə buraxdığımız səhvləri göz qabağına gətirməliyik. Bu baxımdan yeni münasibətlər yaratmalıyıq. Bu gün dünyanı idarə edən böyük dövlətlərdir. Bunların arasında Rusiyanın öz rolu var”.

Xəbər 3348 dəfə oxunub.




01.09.2025  13:58 

“Kriti“ Vüsal saxlanıldı

01.09.2025  12:21 

Sabahın hava proqnozu açıqlanıb

31.08.2025  21:05 

Ermənistanda meşə YANIR

31.08.2025  20:53 

İnna Bakıda konsert verdi -VİDEO


BÜTÜN XƏBƏRLƏR +