01.09.2025 11:53
“İran İslam Respublikası” adlı vahid siyasi məkan necə dağıdıldı?
İran parlamentinin beynəlxalq əlaqələr komissiyasının sədri M.Zurnurun SEPAH-ın Teleqram kanalında İran sərhəd qoşunlarının İsraillə müharibə dövründə Azərbaycan ərazisindən İrana doğru PUA-ların uçduğunu qeydə aldığını bildirdi və bunu parlamentdə müzakirə edəcəklərini vəd verdi. Açıqlanan bəyanatı İran İslam Respublikası adlı vahid siyasi məkan dağıldığını konstatasiya edir.
Əslində bu bəyanat İranın çox vacib dövlət strukturunun diskreditasiyası deməkdir:
1. İranın sərhəd qoşunları mətbuatla işləmək bacarığı olan qurumdur.
2. Həmin ərəfədə İranın sərhəd qoşunları iki dəfə şimal (Azərbaycan Respublikası) sərhədlərindəki vəziyyətin təhlükəsiz və normal olduğunu açıqladılar.
3. Həmin dövrdə İran-Azərbaycan sərhədi Azərbaycan Respublikasına qarşı şər-böhtan kampaniyasının ən aktiv coğrafiyası idi. Hətta İRİB müxbirlərini o regiona göndərib, suçularla Azərbaycan tərəfindən gələn PUA, qırıcı təyyarələrlə bağlı sorğular apardı. Suçular təsdiq etdilər, sərhəd qoşunları isə bunları görməmişdilər.
4. İranın Aşıqlı kəndində Aşura diviziyasının molla cüməsi ən azı 3 dəfə Füzuli aeroportundan təyyarənin İsrailə getdiyini və qayıtdığını gördüyünü mətbuata açıqlayıb. Bu adam bir dəfə də olsun Azərbaycan Respublikasından İrana doğru PUA barədə danışmadı.
5. O dövrdə İran-Azərbaycan sərhədində İranın 100 minlik qoşunu var idi. Onun 40 mini SEPAH, 60 mini isə Müdafiə Nazirliyinin şəxsi heyəti idi. O qurumlar PUA və qırıcı təyyarə gördükləri barədə heç bir məlumat verməyiblər. Görməyiblərsə, də bu ciddi struktur üçün çox ciddi qüsurdur. Görüb, həmin PUA və qırıcı təyyarəyə atəş açmayıblarsa da bu daha ciddi qüsurdur.
M.Zunnurun bəyanatı məhz bu qurumları da diskreditasiya edir.
İranda hakimiyyəti ələ almaq üçün dövlətçiliyi dağıtmaq ənənəsi mövcuddur.
Yalnız özündən başqa heç kim yoxdur. İran İslam Respublikasının vahid siyasi məkan kimi sıradan çıxmasının ciddi əlamətlərindən biri də dövlət adından belə məmurların danışmasıdır. Azərbaycana şər-böhtan mövzusunda qabaqlarında heç bir hədd yoxdur. Hesab edirlər ki, Allahdan güclüdürlər, Allahın da onlara gücü çatmaz.
II. İran prezidentinin dualist siyasəti də İranın vahid siyasi məkanının mövcud olmamasının və dağıdılmasının əlaməti kimi qəbul edilə bilər. İran prezidenti M.Pezeşkian Rusiya prezidenti və rəsmiləri ilə danışarkən Rusiya ilə İran arasında Azərbaycan ərazisi vasitəsilə reallaşdırılan layihələrə yalnız müsbət deyirlər. Sonuncu telefon danışığında M.Pezeşkian Rəşt-Astara dəmir yolunun tikintisinin şəxsi nəzarətində olduğunu bildirdi. Pakistan və Belarusda səfərdə olarkən Şimal-Cənub marşrutu ilə bağlı çox fərqli rəsmi mövqe nümayiş etdirib. A.Lukaşenko etiraf etdi ki, İran tərəfi onu dilə tutub ki, Belarusla kommunikasiya Rusiya, Ermənistan vasitəsilə İrana doğru qurulsun. Çində İ.Əliyev, N.Şərif və A.Lukaşenkonun üçlü görüşü bəlkə Tanrının İrana ironiyası idi.
III. Dinin dövlət məsələləri ilə əlaqələndirilməsində ciddi prolem var. Dövlətin üzərinə müəyyən qədər yük düşən kimi artıq dini mövzular unuduldu. Ali rəhbər ölkənin dini lideridir. Bu il İranda Həzrəti Peyğəmbərin (s) və İmam Həsənin (ə) şəhadətlə və onlardan bir az əvvəl Ərbəin qeyd edilmədi.
Xüsusi diqqətə çatdıraq ki, İranın iqtisadiyyatı da standart iqtisadiyyat deyil. ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə İranın sabit gəlir mənbəyi yoxdur. Ona görə də İran neftindən pay götürüb satıb onu özü üçün pula çevirmək bacarığı olan SEPAH generalları İran iqtisadiyyatının əsas aktorlarıdır.
İran İslam Respublikasının yeganə dayağı ordudur. Ordu sıradan çıxa kimi “İran İslam Respublikası” adlı struktur ləğv olunacaq.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq
Xəbər 284 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|