Azərbaycanlı döyüşçü Moskvada həbs olundu
“Tamstore”da satışda olan kərə yağı yararsız çıxdı
Məlhəm Beynəlxalq Hospitalına sanksiya tətbiq edildi
Prezident “ŞƏT plyus” formatında görüşdə çıxış etdi
“Neftçi”dən inciməmişəm” - Qurban Qurbanov
Bulvarda dənizdə batan qadın xilas edildi
ATƏT-in Minsk qrupu rəsmən ləğv olundu
Bakıda bu ərazidə hər gün zibil yandırılır
Hindistandan Azərbaycana qarşı düşmən addım
Yasamalda sürücüləri narahat edən bərbad yol


22.04.2017  12:42 

Şəhid məzarına bayraq asmağa kimlər mane olur...





A+  A-

Müharibə gedən dövlətlərdə şəhidlik ən ali zirvə hesab olunur. Dağlıq Qarabağ münaqişəsi mövcud olandan bu yana Azərbaycan xeyli sayda şəhid verib.
“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanun isə birbaşa şəhid olan insanların, onların ailə üzvlərinin hüquqlarının qorunmasına xidmət edir.
Ötən ildəki “Aprel döyüşləri”ndən sonra diqqət çəkən məqamlardan biri bu oldu ki, şəhid tabutları üçrəngli bayrağımıza bürünsə də, onların məzarları üzərində bayraq asılması ənənəsi yaranmadı. Qonşu Türkiyədə isə belə bir ənənə mövcuddur və hətta şəhidlər üçün ayrıca məzarlıqlar salınıb.

Müharibə şəraitində yaşayan Azərbaycanın hər bölgəsində ayrıca şəhid məzarllqları salınmasına ehtiyac varmı?
Həmçinin, şəhid məzarları üzərində dövlət atributlarımızdan biri olan üçrəngli bayrağımızın asılmasını ənənə halına salmaq mümkündürmü?

XəzərNews.az
xəbər verir ki, modern.az saytı mövzunu hüquqşünas Əlməmməd Nuriyevlə davam etdirib. O, bildirib ki, bu məsələlər qanunla tənzimlənməlidir.

“Bayraq asılması ənənəsi tənzimlənsin”

“Şəhid məzarları üzərində bayraq asmaq ənənəsini təmin etmək üçün qaydaların qəbul edilməsi vacibdir. Bununla bağlı Azərbaycan Nazirlər Kabineti müvafiq qaydalar qəbul edə bilər. “Şəhidlərin adının əbədiləşdirilməsi haqqında” qanunumuz var. Həmçinin, şəhid məzarının tətbiqinin həyata keçirilməsi ilə bağlı qanun layihəsi olsa, bu məsələlər tənzimlənər. Azərbaycan bayrağının asılması üçün müəyyən yerlər müəyyənləşdirilib ki, ancaq o yerlərdə asıla bilər. Şəhid məzarı üzərində bayrağın asılması üçün bir qayda yoxdur. Bayraq dövlət atributudur, şəhidlərimiz isə torpaq uğrunda canını fəda edən insanlardır. Yaxşı olar ki, şəhid məzarları üzərində bayraq asmaq ənənəsi tənzimlənsin. Hətta belə qayda müəyyənləşdirilsə, yaxşı olar”.

“Bayrağın asılması əlavə stimul yaradacaq”

Hüquqşünas, şəhid məzarlarının üzərində bayrağın asılmasının mənəvi tərəflərindən də söz açıb.
“Bir məsələni də qeyd edim ki, şəhid məzarları üzərində bayrağın asılması insanların nəzərində düşüncəni dəyişəcək. Hər zaman həmin məzarların şəhidlərə məxsus olduğunu biləcəklər. Xüsusi ehtiram göstəriləcək. Vətənin, torpağın müdafiəsi üçün əlavə stimul yaranacaq. Şəhid məzarı üzərində bayraqların asılması onun övladları, yaxınları, doğmaları üçün də fəxarət hissi yaradacaq. Onlar öz şəhidlərini görəndə ağlayıb göz yaşı axıtmayacaqlar. Əksinə, atalarının, oğullarının xüsusi diqqət və sayğı ilə əhatələndiyini görüb, qürurlanacaqlar. Bu da dövlət tərəfindən xüsusi qayğısının bir nümunəsi olacaq. Həmçinin, bayrağın asılması vətənpərvərlik hissləri aşılamış olar. Mənəvi tərbiyə işində də mühüm rol oynaya bilər. Düşünürəm ki, şəhid məzarlarının üzərində bayraq asmaqla ənənə yaradıla bilər. Bayrağın asılması şəhid məzarlarının standart qaydaya salınmasına gətirib çıxara bilər”.

“Hər an şəhid gözləyirik”

Əlməmməd Nuriyev ayrıca şəhid məzarlarının salınması barədə səsələnən fikirlərə də münasibət bildirib.
“Şəhidlər üçün ayrıca məzarlığın yaradılması o zaman baş verir ki, elə-obaya kütləvi şəhidlər gəlir. Bu, adətən fasiləsiz müharibələr zamanı baş verə bilər. Ona görə də müharibə vaxtı kütləvi şəhidlər qəbiristanlığı salına bilər. Azərbaycanda isə indiki dövrdə bu, o qədər də vacib görünmür. Doğrudur, müharibə şəraitində yaşayırıq. Atəşkəs dövrünün insanları olsaq da, qonşuya, yaxınlarımıza şəhid gəlir. Eyni zamanda, münaqişə həll olunmadığından hər an şəhid gözləyirik. Digər tərəfdən, şəhid övladlarımız doğulduğu torpaqda dəfn olunur. Şəhidlər rayonlarına, kəndlərinə göndərilir. O baxımdan da ayrıca şəhid qəbiristanlığının salınması müəyyən problemlər yarada bilər. Amma fərqləndirici şəhid məzarlarının qurulması o qədər də çətin proses deyil. Xüsusi atributlar qayda halına salınarsa, məzarlığa daxil olan adam o dəqiqə biləcək ki, şəhid qəbri hansıdır. Azərbaycanın bəzi rayonlarında qəbiristanlıqların içində ayrıca şəhid məzarlıqları var. Orada fasiləsiz müharibə getdiyindən çoxlu sayda şəhidlər olub”.

Xəbər 3339 dəfə oxunub.



01.09.2025  17:44 

Dəlixanada meyit aşkarlandı

01.09.2025  16:49 

Teymur Musayev nazirlikdən getdi

01.09.2025  13:58 

“Kriti“ Vüsal saxlanıldı

01.09.2025  12:21 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +