Rusiya paraflanmış sazişə nikbin yanaşır - Overçuk
Overçuk Azərbaycanda saxlanılan ruslardan danışdı
DİM yeni tələbə olanlara müraciət etdi
Astara İcra Hakimiyyətinin tenderi ləğv edilib
İcra başçısını söydü, 100 manat cərimə olundu
ABŞ prezidenti mənə evakuasiya təklifi etdi - Zelenski
Avqustda 39 kiberhücum müəyyən olunub
Putin və Zelenski danışıqlara hazır deyillər - Tramp
Yeniyetmə su kanalında boğulub
Generalın oğlu İngiltərədə şirkət açdı - Foto


03.09.2025  16:18 

QHT-lərə Dövlət Dəstəyi Agentliyi BP ilə birgə qrant müsabiqəsi elan edəcək





A+  A-

“QHT-lərə Dövlət Dəstəyi Agentliyi Nizamnamə məqsədlərindən irəli gələrək dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında üçtərəfli əməkdaşlıq mexanizmlərinin inkişafı və təşviqinə çalışır. Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi BP ilə əməkdaşlıq çərçivəsində birgə qrant müsabiqələri elan edəcək. Bu, özəl tərəfdaşla birgə elan etdiyimiz ilk qrant müsabiqələridir”.

XəzərNews.az xəbər verir ki, bu barədə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva açıqlama verib.

Ü.Qarayeva deyib ki, 4 spesifik mövzu istiqaməti olacaq:

“QHT-lərin layihə təklifləri üçün 2025-ci il sentyabr 22-dən oktyabrın 22-dək Agentliyin elektron xidmətlər portalında e-ərizə bölməsi aktiv olacaq. Qrant məbləğlərinin yuxarı həddi kiçik qrant üzrə 15 min, orta qrant üzrə 30 min, böyük qrant üzrə 50 min manatdır. QHT geniş seçim imkanına malikdir, layihə təklifinin kiçik, orta, yoxsa böyük qrant müsabiqəsinə uyğunluğunu özü sərbəst müəyyən edir, hətta bütün müsabiqələrə uyğun fərqli layihələr təqdim etməkdə məhdudiyyət yoxdur. Lakin nəzərə alınmalıdır ki, Agentlik eyni QHT-nin təqvim ili ərzində kiçik, orta və böyük qrant müsabiqələri üzrə yalnız 1 layihəsini maliyyələşdirilə bilər. QHT-nin seçimini düzgün aparması, 1 layihə təklifi üzrə kiçik, orta və böyük qrant müsabiqələrindən yalnız birinə müraciət etməsi tövsiyə edilir”.

Agentlik təmsilçisi onu da deyib ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi Azərbaycan QHT-lərinin inkişafı, ölçüləbilən nəticələrlə onların fəaliyyətlərinin səmərəliliyinin yüksəldilməsi üçün dəstək tədbirlərini genişləndirməkdə davam edəcək:

“Yaxın günlərdə Özbəkistan Respublikasının Vətəndaş Cəmiyyəti İnstitutlarının Dəstəklənməsi üzrə İctimai Fondu ilə əməkdaşlıq çərçivəsində Özbəkistanla birgə qrant müsabiqəsi də elan olunacaq”.

Xəbər 1218 dəfə oxunub.




04.09.2025  10:00 

Yeniyetmə su kanalında boğulub

03.09.2025  14:05 

AFFA bu klubları cərimələdi

03.09.2025  13:04 

Sabahın hava proqnozu açıqlanıb

03.09.2025  12:06 

Nazirə yeni müşavir təyin olundu


BÜTÜN XƏBƏRLƏR +