Bu, nəticə əldə etməyin yeganə yoludur - Kreml rəsmisi
Fərhad Əhmədovun şirkətlərinin rəhbərlərinə “stop” qoyuldu
Sankt-Peterburqda Azərbaycan konsulluğu qarşısında təxribat
Əliyev-Putin görüşü ola bilərmi? - Peskovdan açıqlama
Sabiq deputat FHN-ni ittiham etdi
Nöqsana görə işdən çıxardığı polkovniki rəis təyin etdi
Tramp Lavrovu “boşboğaz” adlandırıb
Texasda ifrat sağçı namizəd Quranı yandırdı
Netanyahu “erməni soyqırımı“nı tanıdı
Sabah Azərbaycanda 39 dərəcə isti olacağı gözlənilir


26.08.2025  12:50 

Sabah Bakıda külək olacaq, yağış yağacaq





A+  A-

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

XəzərNews.az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 27-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 45-50% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şərq rayonlarında qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 34-39, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.

Xəbər 642 dəfə oxunub.




27.08.2025  14:09 

Sabiq deputat FHN-ni ittiham etdi

27.08.2025  11:46 

Rusiya Xersonu oda bürüdü


BÜTÜN XƏBƏRLƏR +