Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


06.12.2023  17:28 

Saakaşvilidən Paşinyana: “Nikol - qaç, daha sürətli qaç”





A+  A-

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ermənistanın baş naziri Nikol Paşinyanı Aİ və NATO-ya “qaçmağa” çağırıb.

Xəzərnews.az xəbər verir ki, Saakaşvili bu açıqlamanı Facebook səhifəsində yazıb.

“Rusiya demək olar ki, bütün Ermənistan kənd təsərrüfatı məhsullarının və erməni konyakının idxalına qadağa qoyub. Yaxşı, Kreml rəhbərliyində erməni konyakını sevənlər özlərini məhdudlaşdırmayacaqlar. Amma bu qadağa Paşinyan üçün bütün qırmızı işığı yandırmalıdır. Putin erməni konyakını yox, Paşinyanın özünü bəyənmədi və embarqo onu hakimiyyətdən sıxışdırmaq üçün növbəti addımdır.

Mən bunu Ermənistanın baş naziri üçün bir daha təkrar etmək istəyirəm. Hörmətli Nikol - qaç, daha sürətli qaç, KTMT-dən, Avrasiya Birliyindən arxaya baxmadan qaç, Avropa Birliyinə, NATO-ya, yeni regional birliklərə qaç. Amma ən əsası ayağınızı Rusiyadan uzaqlaşdırın, özünüzü və erməni dövlətçiliyini xilas edin! Putin buldoq kimidir. Dişlərini sıxana qədər dişləyir və buraxmır. Sağ qalmaq üçün bu dişləmədən uzaqlaşın. Əminəm ki, hələ də gec deyil. Və tərəddüd etməyi və yırğalanmağı dayandırın. Gecikmə ölüm kimidir!” - deyə Saakaşvili bildirib.

Xəbər 2466 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +