Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


16.12.2025  16:35 

Rəşad Dağlı amnistiyaya düşəcək?





A+  A-

Xəbər verdiyimiz kimi, amnistiya tətbiqi nəticəsində cəzasından azad ediləcək məhkumların dairəsi məlum olub.

XəzərNews.az xəbər verir ki, insanları hazırda həbsdə olan məşhurlar arasında ən çox maraqlandıranlardan biri meyxanaçı Rəşad Dağlıdır.

Hüquqşünas Daşqın Qənbərov Ajans.az-a açıqlamasında Rəşad Dağlıya ağır cinayət törətdiyi üçün güzəşt edilməyəcəyini bildirib:

"Amnistiya aktının layihəsində aydın şəkildə göstərilir ki, ictimai təhlükə törətməyən, az ağır və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə münasibətdə tətbiq edilə bilər. Lakin Rəşad Dağlı qəsdən törədilmiş ağır cinayətdə ittiham olunduğundan ona bu amnistiya aktı ilə hər hansı güzəştin ediləcəyi gözlənilə bilməz".

Qeyd edək ki, Rəşad Dağlı 2022-ci ilin noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi qətlə yetirib. Ona Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər məhkəməsinə qərarı ilə Rəşad Dağlıya 9 il 6 ay həbs cəzası verilib.

Xəbər 389 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +