Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


29.10.2023  10:42 

Qazaxıstanda baş vermiş partlayışda həlak olanların sayı 35 nəfərə çatıb





A+  A-

Qazaxıstanın Karaqanda vilayətində yerləşən Kostenko adına mədəndə baş vermiş partlayış və yanğın nəticəsində həlak olanların sayı 35 nəfərə çatıb.

Xəzərnews.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Hazırda 35 nəfərin meyiti tapılıb, onlardan 29-u səthə çıxarılıb, 11 şaxtaçının aktiv axtarışları davam edir”, - məlumatda deyilir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev faciə nəticəsində həlak olan şaxtaçıların ailələri və yaxınları ilə görüşüb, başsağlığı verib. Faciə ilə əlaqədar oktyabrın 29-u Qazaxıstanda milli matəm günü elan olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov isə Qazaxıstanın Baş naziri Alixan Smailova başsağlığı məktubu göndərib.


Xəbər 2554 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +