Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


13.06.2021  09:11 

Nigeriyada 6 kəndə hücum: 53 sakini öldürüldü





A+  A-

Nigeriyanın şimal-qərbindəki Zamfara ştatında mal-qara oğruları altı kənddə 53 sakini öldürüblər.
XəzərNews.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu ştat polisinin nümayəndəsi Məhəmməd Şehu bildirib.

“Zurmi rayonunda altı kənd keçən cümə axşamı və cümə günü cinayətkar dəstə tərəfindən hücuma məruz qalıb və nəticədə 53 əkinçi öldürülüb. Zurmiyə əlavə polis qüvvələri göndərilib”, - deyə yerli “Vanguard” qəzeti ondan sitat gətirib.

Şehunun sözlərinə görə, motosikllərlə hərəkət edən cinayətkarlar mal-qara oğurluğu ilə məşğul olurlar.

Ardıcıl ikinci ildir Nigeriyada silahlı dəstələrin mülki şəxslərə qarşı hücumlarının sayında ciddi artım müşahidə olunur. Cinayətkarlar insanları öldürür, pul qarşılığında girov götürür, mal-qara oğurlayır, sakinləri qorxudur, pul tələb edirlər. Rəsmi qurumlar geniş yayılmış cinayətin öhdəsindən gəlmək üçün xüsusi polis və ordu bölmələrindən istifadə etmək məcburiyyətində qalır.

Xəbər 2962 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +