Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


18.02.2021  17:23 

Ərdoğan Putinlə Birgə Mərkəzin fəaliyyətini müzakirə etdi





A+  A-

Türkiyə və Rusiya Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında növbəti telefon danışığı baş tutub.
XəzərNews.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Türkiyə-Rusiya əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı addımların müzakirə edildiyi telefon danışığında regional mövzular da qiymətləndirilib.

Söhbət zamanı Ərdoğan Türkiyə və Rusiya mütəxəssislərinin 11 yanvar 2021-ci il müqaviləsindən sonra yenidən qurulan Dağlıq Qarabağdakı avtomobil və dəmiryol nəqliyyat xətlərinin daha səmərəli olması üçün azərbaycanlı həmkarları ilə bir araya gələ biləcəyini bildirib.

Ağdamdakı Birgə Mərkəzin atəşkəsə nəzarət və monitorinq vəzifəsini uğurla yerinə yetirdiyini qeyd edən Ərdoğan, atəşkəsin qorunması üçün hər mövzuda ortaq səylərin göstərilməli olduğunu qeyd edib.

Türkiyə Prezidenti Suriya məsələsinin ən qısa müddətdə həll edilməsinin ortaq maraqlara cavab verdiyini vurğulayıb, Liviyada sülh və sabitlik fürsətinin hədər getməməli olduğuna da diqqət çəkib.



Xəbər 4309 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +