Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


26.01.2021  13:43 

Baxçalı Şuşada tikiləcək məktəbin layihəsini təqdim etdi - Video





A+  A-

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Şuşa şəhərində inşasını nəzərdə tutduqları məktəb layihəsindən danışıb.
XəzərNews.az-ın xəbərinə görə, siyasətçi partiyasının qrup iclasında çıxışı zamanı layihənin Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən razılıqla qarşılandığını açıqlayıb.

Baxçalı Üzeyir Hacıbəyovun adını daşıyacaq məktəbin Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi tərəfindən inşa etdiriləcəyini bildirərək layihənin ilkin variantını nümayiş etdirib və qeyd edib ki, inşa işləri başa çatan kimi təhsil müəssisəsi Azərbaycan Respublikasına təhvil veriləcək.

“16 yanvarda açıqladığım kimi, təlimatımla Şuşada doqquz siniflik bir məktəbin tikilməsi hədəfimiz idi. Təməlinin də yanvarın 30-da qoyula biləcəyini söyləmişdim. Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti cənab İlham Əliyevin qarşılıqlı razılığı ilə Şuşada məktəb tikintisi ilə bağlı layihəmiz təsdiq olunub. Bu həssas məsələyə diqqət göstərdiklərinə görə hər iki dövlət başçısına təşəkkür edirəm. Layihənin hər mərhələsi haqqında hörmətli Prezidentlərimizə məlumat veriləcək”, - deyə o vurğulayıb.



Xəbər 7072 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +