Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


26.01.2021  10:58 

İsraildə peyvənd olunan 20 nəfər koronavirusa yoluxub





A+  A-

İsraildə koronavirus peyvəndinin ikinci dozası vurulan insanların virusa yoluxma nisbətlərinə dair araşdırmanın nəticələri açıqlanıb.
XəzərNews.az xəbər verir ki, İsrailin Makkabi Səhiyyə Xidməti ölkədə kütləvi vaksinasiyada istifadə olunan “Pfizer/Biontech” peyvəndinin ikinci dozasını alan insanlar arasında infeksiyanın yayılma nisbəti ilə bağlı apardığı araşdırmanın nəticələrini ictimaiyyətlə bölüşüb.

Araşdırmanın nəticələrinə görə, peyvəndin ikinci dozası tətbiq edilən 128 min 600 nəfərdən bir həftə sonra yalnız 20-nin koronavirusa yoluxduğu bildirilir. Bu isə ikinci doza peyvənd olunan şəxslər arasında 0,015 faizlik yoluxma nisbəti deməkdir.

Araşdırmada iştirak edən mütəxəssislərdən biri Anat Ekka Zohar yerli mətbuata verdiyi açıqlamada, virus aşkarlanan 20 nəfərdən heç birində 38.5 dərəcədən yuxarı temperaturun qeydə alınmadığını və onların xəstəxanaya yerləşdirilmədiklərini bildirib.

Zohar bunun peyvənd olunan şəxslərdə yoluxmaya baxmayaraq, peyvəndin xəstəliyin ciddiləşməsinin qarşısını aldığına işarə ola biləcəyini bildirib.

Qeyd edək ki, İsrail Səhiyyə Nazirliyinin məlumatına görə, ölkə üzrə peyvəndlənmənin ilk dozası 2 milyon 637 min 279 nəfərə, ikinci dozası isə 1 milyon 189 min 813 nəfərə tətbiq edilib.

Xəbər 3394 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +