Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


21.09.2020  08:56 

İranda koronavirus pandemiyasının 3-cü dalğası başladı





A+  A-

İranın Tehran əyalətinin ərazisində koronavirus pandemiyasının üçüncü dalğası başlayıb.
XəzərNews.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Tehranda Koronavirusla mübarizə əməliyyatı qərargahının rəhbəri Əlirza Zali bildirib.

“Son günlərin statistikası göstərir ki, Tehranda artıq üçüncü dalğa başlayıb”, - “ISNA” agentliyi onun sözlərini sitat gətirir.

Zali əlavə edib ki, “ikinci dalğa ilə üçüncü dalğa arasında vaxt intervalı çox cüzi olub”.

Qeyd edək ki, İranda son sutka ərzində daha 3 097 nəfərdə koronavirus aşkarlanıb, 183 nəfər vəfat edib. Bununla da ölkədə xəstələnənlərin sayı 422 140-a, virus qurbanlarının sayı isə 24 301-ə yüksəlib.

Xəbər 2916 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +