Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


28.07.2020  12:56 

Həcc ziyarətində bu məhdudiyyətlər tətbiq olunacaq





A+  A-

Sabahdan Səudiyyə Ərəbistanında başlayan Həcc mərasimində bu il koronavirus pandemiyası səbəbiylə yalnız minə yaxın insan iştirak edə biləcək.
XəzərNews.az xəbər verir ki, Həcc altı gün davam edəcək və avqustun 2-də başa çatacaq.

Həcc ziyarətində iştirak edən müsəlmanlar bu il bir sıra məhdudiyyətlərlə qarşılaşacaqlar. Bu dövrdə Səudiyyə Ərəbistanı hökuməti, sosial məsafə, gücləndirilmiş sanitariya və gigiyena tədbirlərinə riayət olunmasına ciddi nəzarət edəcək.

Məsələn, "şeytanın daşlanması" mərasimində istifadə olunan bütün daşlar antiseptiklərlə təmizlənəcək. Həmçinin zəvvarların Kəbəyə toxunmasına və öpməsinə icazə verilməyəcəyi, namaz vaxtı maska taxmağın məcburi olacağı bildirilib.

Qeyd edək ki, hər il milyonlarla müsəlman Həcc ziyarətində iştirak edir. Ötən il bu məqsədlə Səudiyyə Ərəbistanına 2,5 milyon zəvvar səfər edib.

Xəbər 3272 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +