Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


29.04.2020  09:21 

Ruhani iranlıları koronavirusdan qorxmamağa çağırdı





A+  A-

İran xalqı COVID-19 koronavirusundan qorxmamalıdır, amma, eyni zamanda, o, lazımi dərəcədə ehtiyatlı olmalıdır.
XəzərNews.az “İnterfaks”a istinadən bildirir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.

“Həddindən artıq qorxu, həddindən artıq təlaş, həddindən artıq narahatlıq koronavirusdan daha pisdir, onlar insanların həyatını məhv edə bilər və insanların rahatlığını ala bilər”, - Prezident bildirib.

Qeyd edək ki, son sutka ərzində İranda 71 koronaviruslu xəstə vəfat edib. Bu, ötən günlərlə müqayisədə təxminən 20 dəfə azdır.

Ötən həftə İranda koronavirus səbəbindən tətbiq edilən məhdudiyyətlər aradan qaldırılmağa başlayıb – mağazalar, bazarlar və parklar açılıb, həmçinin şəhərdaxili avtomagistrallarda hərəkət bərpa olunub.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Paylaş Tweet Telegram













Xəbər 3392 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +