Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


08.01.2020  20:53 

İran “qara qutu”ları ABŞ-a göndərməkdən imtina etdi





A+  A-

İran qəzaya düşən Ukrayna təyyarəsinin “qara qutu”larını ABŞ-a məxsus “Boing” şirkətinə göndərməkdən imtina edib.
XəzərNews.az-ın “Mehr” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İran Mülki Aviasiya Təşkilatının rəhbəri Əli Abedzadə bildirib.

“Biz “qara qutu”ları istehsalçıya və amerikalılara verməyəcəyik”, -deyə o, bəyan edib.

Abedzadə İranın hələ uçuş qeydlərini şifrəsinin açılması üçün göndəriləcəyi hər hansı ölkəni seçmədiyini ifadə edib. Həmçinin o, “qara qutu”lardakı məlumatların təhlili tamamlanana qədər qəzanın səbəbinin açıqlanmayacağını da söyləyib.

Qeyd edək ki, Ukrayna Hava Yollarına məxsus “Boing-737” tipli təyyarə bu gün səhər saatlarında Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya düşüb.

Göyərtədə 167 sərnişin və 9 ekipaj üzvü olub. Sağ qalan olmayıb.

Xəbər 3074 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +