Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


26.07.2018  15:54 

İran ABŞ-ı HƏDƏLƏDİ





A+  A-

İran tərəfi ABŞ-ı Qırmızı dənizə hərbçi göndərməkdən çəkinməyə məsləhət görüb.
XəzərNews.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, general Qasim Soleymani ABŞ prezidenti Donald Trampı əvvəlki prezidentləri xatırlayıb onların səhvlərini təkrarlamağa çağırıb.

İranın İnqilab Keşikçiləri Ordusunun “Əl Qüds” xüsusi birliyinin komandanı general Qasim Soleymani artıq amerikan əsgərlərinin düşməni olduqlarını bildirib.

“Əvvəl ABŞ əsgərləri üçün təhlükəsiz olan Qırmızı dəniz artıq belə deyil. “Əl Qüds” birliyi ABŞ əsgərinin düşmənidir. Mən Trampa əvvəlki prezidentləri xatırlamasını və onların səhvlərini təkrarlamasını məsləhət görürəm” – Soleymani bəyan edib.

O ABŞ prezidentinə müharibəyə başlamamağı məsləhət görüb.

“Sən müharibəni başlada bilərsən, amma biz onu sonlandıracağıq. ABŞ prezidenti bilməlidir ki, biz onu gözləyirik və özümüzü qurban verməyə hazırıq” – general qeyd edib.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp İran prezidenti Həsən Ruhaniyə Vaşinqtona qarşı təhdidlərin axırının pis qurtaracağını bildirib.

Xəbər 3073 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +