Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


11.12.2025  18:41 

Müəllimlər üçün “V Şəbəkələşmə Forumu” keçiriləcək





A+  A-

Hörmətli müəllimlər, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə 20–21 dekabr 2025-ci il tarixlərində “V Şəbəkələşmə Forumu” keçiriləcək.

XəzərNews.az xəbər verir ki, iki gün davam edəcək forumda gənc müəllimlər üçün aşağıdakı mövzularda sessiyalar təşkil olunacaq:

İstedadlı uşaqlarla işin təşkili;
Media savadlılığı;
Maliyyə savadlılığı;
Rəqəmsal savadlılıq;
Süni intellektin tədrisdə tətbiqi.

“V Şəbəkələşmə Forumu”nun əsas məqsədi gənc müəllimlər arasında qarşılıqlı əlaqəni gücləndirmək, onların peşəkar inkişafına dəstək olmaq və müasir tədris tələblərinə uyğun bilik və bacarıqlarını artırmaqdır. Forum müəllimlərə həm nəzəri, həm də praktiki təcrübə qazanmaq imkanı yaradaraq onların təhsildə yenilikçi yanaşmalarla tanış olmasına şərait yaradacaq.

Tarix: 20–21 dekabr 2025
Məkan: Xaçmaz rayonu, Nabran qəsəbəsi, “Təhsil” istirahət mərkəzi

Qeydiyyat linki: https://forms.gle/HpgzJhpsvjcwA1s6A

Xəbər 2016 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +