Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


11.12.2025  12:00 

“Rus gəmisində intihar“... - Zahir Məliklidən yeni kitab





A+  A-

Ədəbiyyat və incəsənət sahəsində özünəməxsus dəst-xətti olan yazıçı-publisist, rəssam Zahir Məliklinin "Rus gəmisində intihar" adlı yeni kitabı nəşr olunub.

XəzərNews.az xəbər verir ki, sosial-məişət mövzusunda qələmə alınan əsərdə hadisələr birinci şəxsin dilindən nəql edilir və əsərə avtobioqrafik roman əhvalı qatır. Kəskin süjetli əsərdə əsas iştirakçı müəllif özüdür və hadisələr onun iştirakı ilə cərəyan edir.

Milli mentalitet, əxlaq, namus, ailə tərbiyəsi, zərərli vərdişlərin, xüsusilə ifrat alkoqol istifadəsinin acı nəticələri, həsəd və tamahın fəsadları, halal zəhmət və işgüzarlıq ön plana çəkilməklə, əsərdə, əslində, xeyirlə şərin mübarizəsi qələmə alınır. Bu kontekstdə hadisələr sovet, yenidənqurma və durğunluq dövrünü, eyni zamanda, müasir dövrü əhatə edir. Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, "O və yerdə qalanlar", "Yerlə göy arasında", "Enmək təhlükəsi", "Torpağı Vətən edənlər”, “Məhəbbət qürbətə gedərmiş" kitablarından sonra bu, müəllifin sayca 6-cı kitabıdır.



Xəbər 1904 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +