Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


05.12.2025  10:52 

Dəmir yollarının 63%-i elektrikləşdirilib





A+  A-

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib.

XəzərNews.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov qurumun dekarbonizasiya üzrə layihəsinin təqdimat mərasimində bildirib.

Maraqlıdır ki, baş dəmiryolçu ötən il noyabrın 20-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Rhenus Logistics” beynəlxalq logistika xidmətləri şirkətinin birgə təşkilatçılığı ilə keçirilən “Qitələri birləşdirən yol: İpək Yolu boyunca davamlı nəqliyyat və logistika – Avropa və Latın Amerikası” adlı tədbirdə çıxışı zamanı da sözügedən rəqəmin 63% olduğunu bildirib.

Belə çıxır ki, Azərbaycanda dəmir yollarının elektrikləşdirilməsi dayandırılıb.

ADY-nin əvvəlki sədri Cavid Qurbanov isə 2019-cu ilin oktyabr ayında bəyan etmişdi ki, dəmir yollarında elektrikləşdirmə göstəricisi 60%-dir. Yəni, səhmdar cəmiyyəti son 6 ildə bu istiqamətdə cəmi 3 faiz bəndi irəliləyib./YurdMedia

Xəbər 1199 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +