Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


27.11.2025  11:42 

“Azərişıq“ yoxlamalara başladı





A+  A-

"Azərişıq" ASC elektrikli avtomobillər üçün qarajlarda quraşdırılmış enerjidoldurma cihazlarına nəzarət və yoxlamalara başlayıb.

XəzərNews.az xəbər verir ki, bununla bağlı məlumat sosial şəbələlərdə yayılıb.

Artıq yaşayış məntəqələrinin qarajlarında quraşdırılmış hər bir cihazın enerji xətti ayrıca yoxlamadan keçirilir. Belə ki, əgər sakinlər avtomobillərini binanın ümumi elektrik şəbəkəsindən və ya mənzilin sayğacından birbaşa xətt çəkərək doldururlarsa, həmin xətt dərhal şəbəkədən ayrılacaq.

Qarajlarda elektrik enerjisi ilə bağlı yoxlamalar aparılmadan əvvəl mülkiyyət sənədinin olması vacibdir. Qarajınızın mülkiyyət sənədini (çıxarış) təqdim edərək Asan Kommunala müraciət etməlisiniz.

Bundan sonra, əraziyə və transformatora baxış keçirilir. Əgər uyğunluq təsdiqlənərsə, texniki şərt verilir və sayğac sifariş edilir. Həmçinin, enerji haqqı ilə bağlı müəyyən rüsumlar mövcuddur:

10 kVt-a qədər olan güc üçün 40 AZN/1 kVt,

10 kVt-dan çox olan güc üçün isə 60 AZN/1 kVt.

Bu dəyişikliklər, "Azərişıq"ın elektrikli avtomobillərin yük şəbəkəsinə qoşulmasını düzgün tənzimləyərək, şəbəkənin təhlükəsizliyini təmin etməyə yönəlib.

Xəbər 1418 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +