Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


27.11.2025  11:21 

Ermənistan KTMT-dən de-fakto uzaqlaşıb - Politoloq





A+  A-

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) faktiki olaraq çıxdığına dair siyasi qiymətləndirmələr güclənir. Bişkekdə təşkilatın növbəti sammiti keçirilərkən Ermənistan Baş naziri Nikol Paşinyanın toplantıya qatılmaması rəsmi İrəvanın təşkilatla münasibətlərindəki gərginliyi bir daha təsdiqləyib. Son aylarda Ermənistan KTMT-nin hərbi təlimlərində və digər tədbirlərində də iştirak etmir.

XəzərNews.az xəbər verir ki, bu barədə açılqma ilə Milli Cəbhə Partiyası sədrinin müavini Məhəmməd Əsədullazadə çıxış edib.

Məhəmməd Əsədullazadə bildirib ki, siyasi müşahidəçilərə görə, yaxın parlament seçkilərində Paşinyan hakimiyyətini yenidən qoruyarsa, ölkənin gələn il KTMT-dən tam çıxması istisna olunmur:

“Rusiya tərəfinin Ermənistan hakimiyyətinə təzyiqləri isə gözlənilən nəticəni vermir. KTMT regional təhlükəsizlik müstəvisində aparıcı mexanizm kimi çıxış etmir, üzv ölkələrin toplantıları daha çox protokol xarakteri daşıyır. Bu platforma Moskvanın özünü beynəlxalq oyunçu kimi nümayiş etdirmək cəhdi kimi qiymətləndirilir. Təşkilatın effektivliyinin aşağı olması isə Rusiyanın üzv dövlətlərlə qarşılıqlı əməkdaşlıq aparmaması ilə izah edilir.

Bişkek sammitində şəxsən iştirak edən Vladimir Putinin varlığı da KTMT-nin geosiyasi çəkisini artırmayacaq. Analitiklərin qənaətinə görə, Rusiyanın təşəbbüsü ilə qurulan regional qurumlar Qərblə siyasi və hərbi qarşıdurma fonunda tədricən öz strateji əhəmiyyətini itirir”.

Xəbər 1378 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +