Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


17.11.2025  12:43 

“Megastore”dan alınan konfetdən qurd çıxıb - Foto





A+  A-

Abu Turabov adlı vətəndaş “Megastore” marketlər şəbəkəsindən aldığı “Batonçik” (konfet) məhsulunun içərisindən qurd çıxması ilə bağlı şikayət edib.

XəzərNews.az xəbər verir ki, hadisə sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.

Məlumata görə, məhsulun istifadə müddəti keçib və yararsız vəziyyətdə satışa çıxarılıb. Bu isə həm alıcıların sağlamlığına risk yaradır, həm də mağaza şəbəkəsinin reputasiyasına mənfi təsir göstərir.

Vətəndaşın bildirdiyinə əsasən, bu hal məhsullara nəzarətin yetərli olmadığını və mağaza daxilində məsuliyyət mexanizmlərinin zəifliyini ortaya qoyur.

Şikayətdə məsələni araşdırmaq, cavabdeh şəxslər barəsində tədbir görmək və bu cür halların təkrarlanmasının qarşısını almaq üçün əlavə nəzarət mexanizmlərinin tətbiqi tələb olunur.

Şikayətçi paylaşdığı mətnə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyini də işarələyib.

Hadisə ilə bağlı mağaza rəhbərliyinin mövqeyi hələlik açıqlanmayıb.



Xəbər 1045 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +