Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


11.11.2025  10:17 

Zakir Qaralovun şirkətlərinin vergi borcu artır





A+  A-

Keçmiş baş prokuror Zakir Qaralova məxsus “Akkord Korporasiyası” ASC-yə daxil olan müəssisələrdən birinin vergi borcu əhəmiyyətli dərəcədə artıb.

XəzərNews.az Teleqraf.az-a istinadən xəbər verir ki, “Akkord–Mingəçevir Maşınqayırma Zavodu”nun vergi borcu 50 min manatı ötüb. Müqayisə üçün, 2020-ci ildə zavodun vergi borcu cəmi 20 min manat idi.

Şirkətin qanuni təmsilçisi Eyvaz Həsənovdur. Zavodun nizamnamə kapitalı 193 min manat təşkil edir.

Məlumat üçün bildirək ki, Zakir Qaralova məxsus olduğu bildirilən 20-dən çox şirkətin külli miqdarda vergi borcu yaranıb.

Qaralova məxsus “Qazax Sement Zavodu”, “Akkord General Construction”, “Akkord Asfalt”, “Akkord Hydrotechnical Construction Company”, “Akkord Mənzil Kommunal Təsərrüfatı Birliyi”, “Akkord Mərmər Qranit”, “Akkord Novanord Construction”, “Akkord Nəqliyyat”, “Steel Force Construction Company”, “Akkord Tikinti Sənaye İnvestisiya Korporasiyası”, “Akkord Tekstil”, “Building Construction Group”, “Property Investments”, “Accopen”, “Hydraulic Mechanisms Company”, “Property Investments-1” və digərləri şirkətlərin ümumi vergi borcunun məbləği təxminən 5 milyon manata yaxındır.

Xəbər 1382 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +