Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


28.04.2025  18:09 

Zelenski və Putin Trampı niyə məyus edir?





A+  A-

ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsində daimi atəşkəs görmək istəyir.

XəzərNews.az xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karolin Leavitt aprelin 28-də YouTube-da yayımlanan brifinqdə deyib.

Jurnalistlərin Trampın həftə sonu Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü ilə bağlı sualına Leavitt deyib ki, Tramp “hər iki ölkənin liderlərindən getdikcə məyus olur”.

"Prezident açıq şəkildə bildirdi ki, o, ilk növbədə daimi atəşkəs görmək, qətliamları, qan tökülməsini dayandırmaq istəyir. Və nə qədər ki, optimist olaraq qalır, o, razılığa gələ bilər. O, həm də realistdir", - o, qeyd edib.

Onun sözlərinə görə, hər iki lider “vəziyyətdən çıxış yolu tapmaq” üçün danışıqlar masasına oturmalıdır. Leavitt hesab edir ki, Trampın Zelenski ilə görüşü onu göstərir ki, Amerika prezidenti Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirmək üçün “çox səy və vaxt sərf edir” və sülhməramlı prezident olmaq istəyir.

Xəbər 2789 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +