Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar


04.08.2017  15:43 

Əli Həsənovun nəvəsi ötüşəndə qəzaya düşüb - İddia





A+  A-

Ötən gecə Bakının Heydər Əliyev prospektində baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus “Mercedes Gelandewagen” markalı avtomobillə törədilmiş dəhşətli qəza sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, hadisənin şahidi olan istifadəçilərin yazdığına görə, qəzaya səbəb yüksək sürət və ötüşmə olub. Belə ki, 10 PP 203 dövlət nömrə nişanlı “Mercedes Gelandewagen” seriyası nömrəsi bəlli olmayan “777” nömrəli qırmızı rəngli “BMW” ilə yarışa çıxıbmış.

Digər mənbələrə görə isə, söhbət qırmızı rəngli 99 FS 777 dövlət nömrə nişanlı “Mazda” avtomobilindən gedir.

Avtomobildəkilərin çimərlikdən istirahətdən gəldiyi və Heydər Əliyev prospektində 200-250 km/ saat sürətlə hərəkət etdiyi bildirilir. Hətta şahidlər bildirirlər ki, hadisə baş verən zaman N. Allahverdiyevin digər avtomobildə olan dostu camaatı söyərək hadisə yerindən qovubmuş.

Sosial şəbəkədə sürücülərə məxsus xüsusi qrupda bir neçə şahid həmin iki avtomobilin yarışdığını, yolda onları ötüb keçdiyi qeyd ediblər.

Bəs qəza hadisəsinin böyük rezonans yaratdığını nəzərə alıb Dövlət Yol Polisinin Təhlükəsiz Şəhər Xidmətinin videomüşahidə kameralarına düşən görüntülər mətbuata açıqlana bilərmi?

Axı Heydər Əliyev prospekti tamamilə videomüşahidə kameralarının nəzarəti altındadır, eyni zamanda bu yolda çoxsaylı radarlar quraşdırılıb. Deməli qəza törədən avtomobilin həmin yoldakı bütün hərəkəti, eləcə də qəza anı videomüşahidə kameraları tərəfindən çəkilib.

Bu sualla Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədova müraciət etdik.

Şöbə rəisi bu barədə danışmağa çətinlik çəkdiyini dedi: “İndiki qanunvericiliyə görə, hər hansı yol-nəqliyyat hadisəsi baş verirsə, o hadisəyə ağırlıq dərəcəsindən asılı olaraq baş verdiyi məkan üzrə polis idarələrində baxılır. Buna görə sizə informasiya verməkdə çətinlik çəkirəm. Dediyiniz hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır və bütün təfərrüatı ilə məlumatları oradan almaq mümkündür. Mən ancaq onu bilirəm ki, qəza hadisəsi zamanı bir nəfər piyada Vaqif Əsədov həlak olub. Onu da ona görə yadımda saxlamışam ki, ad-familyası mənimlə eynidir. Hazırda “ekologiya postu”undayam, tədbirdir, həmin hadisə barədə geniş məlumatım yoxdur”, - deyə şöbə rəisi bildirib.

Xatırladaq ki, qəza hadisəsi ötən gün gecə saatlarında baş verib. N. Allahverdiyevin yanan avtomobildən son anda özünü ataraq xilas olduğu və əllərinin yandığı bildirilir. O, hazırda Bakıda xəstəxanaların birində müalicə olunur. Xəstəxana mənbələrindən isə bu məlumatı dəqiqləşdirmək mümkün olmayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə Nail Allahverdiyevin avtmobillər kolleksiyasının fotoları var. Həmin fotolara əsasən baş nazirin müavininin nəvəsinin qara rəngli, 10 PP 203 dövlət nömrə nişanlı “Mercedes Gelandewagen”lə yanaşı eyni modeldən ağ rəngli avtomobili də var. Hətta fotolardan birində həmin ağ rəngli “Gelandewagen” arxası üstə aşmış vəziyyətdə görünür. Yəni bu, nəvənin “Gelandewagen”lə törətdiyi birinci qəza deyil.

Xəbər 1525 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +