Bakıda şagird bullinqə məruz qalıb - VİDEO
Şahnaz Bəylərqızı həbsdə qaldı
Azadlığı üçün 400 milyon təyin edildi
Vaşinqtonun Kiyevi satması “bağışlanmazdır” - Bolton
İlham Rəhimovun bazarı bağlanır?
Turan Agentliyi fəaliyyətini dayandırır
“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır?
“Grand Kredit“lə bağlı 480 min manatlıq qalmaqal
Sabiq prezidentə sanksiyalar tətbiq olundu
Narişkin Putin-Tramp danışığına münasibət bildirdi


13.02.2025  12:55 

Bakıdakı “Şəki Qala“ və “Xal-xal“ restoranları söküləcək?





A+  A-

Xəbər verdiyimiz kimi paytaxtın Akademik Həsən Əliyev küçəsi ilə Koroğlu metrosunu birləşdirəcək yolun tikintisinə başlanılıb. Artıq yeni yolun inşasına görə məşhur "Keşlə bazarı” və ona bitişik bəzi tikililər sökülür.

Əldə etdiyimiz məlumata görə Akademik Həsən Əliyev küçəsinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən Koroğlu metrosuna qədər uzanacaq yeni yolun tikintisinə görə ərazidəki bir sıra obyektlər söküləcək.

Söküləcək obyektlər arasında məşur "Şəki Qala” və "Xal-xal” restoranlarının da olduğu iddia edilir.

Məlumatı dəqiqləşdirmək üçün hər iki restoranla əlaqə saxladıq. Lakin bizimlə danışan restoran əməkdaşları müdiriyyətin hazırda iş yerində olmadığını bildirərək, hər hansı məlumat verməyiblər.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, yeni tikiləcək yol 2 tərəfli və 6 zolaqlı olacaq:

"Ona görə də bəzi ərazilərdə genişləndirmə işləri aparılacaq. Buna görə bəzi iaşə və ticarət obyektlərinin köçürülməsi zərurəti yaranacaq. Hələlik, layihələndirmə və qiymətləndirmə işləri aparılır. Hansı obyektlərin söküləcəyi isə yaxın zamanda bilinəcək”.


Xəbər 589 dəfə oxunub.



13.02.2025  16:31 

Tanınmış model həbs edildi


BÜTÜN XƏBƏRLƏR +