Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


23.01.2024  16:54 

Bu millətin körpələrininin rusların “Kot Tviks“i qədər dəyəri yoxdur?!





A+  A-

Məktəblər yenə gündəmə gəlib. Dünən 6 nömrəli məktəb-liseylə bağlı xəbər yayılmışdı. Sözün həqiqi mənasında tükürpədici xəbər idi. Şişirtməsiz-filansız. Həm də iyrənc. O qədər iyrənc xəbər idi ki, adamın ürəyi bulanırdı. 2-ci sinifdə oxuyan qız uşağına qarşı məktəbin 7-ci sinif şagirdləri tərəfindən dəfələrlə seksual hərəkətlər edildiyi, uşağın sarsıntı keçirdiyi, ciddi psixoloji travma aldığı deyilirdi xəbərdə...

Bütün günü heç kimdən səs çıxmadı. Nə uşaq haqları müdafiəçiləri, nə hüquq-mühafizə orqanları, nə də Təhsil Nazirliyindən...

Nazirliyin tabeliyindəki Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ancaq iş günü bitəndən xeyli sonra - axşam saat 22.30-da qısa bir açıqlama yaydı: Məsələ araşdırılıb, məlumat təsdiqini tapmayıb, deyilənlər yalandır.

Bununla məsələ bitirmi?

Yalandısa, o zaman bu yalanı tirajlayanlar, məktəbin, həmin ailənin, elə Təhsil Nazirliyinin adına ləkə gətirənlər, ürəyimizi bulandıranlar niyə məsuliyyətdən kənarda qaldılar? Axı, bu, Bakının ən prestijli məktəblərindən biridir. Səhv etmirəmsə, Xocavənddə baş verən vertolyot qəzasında həlak olan dövlət xadimi, akademik Tofiq İsmayılovun adını daşıyır. Bu məktəb axı daim İlham Əliyevin, Hafiz Paşayevin, Toğrul Nərimanbəyovun, Samir Şərifovun... və daha neçə-neçə tanınmış insanın oxuduğu məktəb kimi tanınır. Bəs onda nədən bu məktəbin imici cənab Emin Əmrullayevi narahat etmədi?

Bütün cəmiyyət üçün önəmli olan belə ciddi məsələ ətrafında manipulyasiya edənlər, özünüreklamla məşğul olanlar, yalan xəbər yaymaqla reytinqini artırmaq istəyənlər cəzasız qalmalıdırmı? Nazirlik haqlıdırsa, niyə bu məsələnin üstünə getmədi, yalnız bir cümləlik açıqlama ilə kifayətləndi?

Görən, Fransaya, Avropa Parlamentinə nota verən, əslində isə vəzifəsi medianın peşə davranışı qaydalarına, etik prinsiplərə əməl etməsinə nəzarət etmək olan Mətbuat Şurası niyə bu məsələ ilə maraqlanmadı?

Bəlkə elə "xırda məsələ" sayıb üstünə gedilmədiyinə görədir ki, bağçalarda, məktəblədə, universitetlərdə, xəstəxanalarda və s. yeni-yeni cinayətlər baş verir. Bu gün Gəncədə olduğu kimi...

Dünənki xəbərin yaratdığı neqativin təsiri getməmiş bu gün Gəncədə M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov digər məktəbin şagirdi tərəfindən qətlə yetirildi. Özü də məktəbin önündə. Və bu, məktəblərimizdə yaşanan birinci belə hadisə deyil. Dəfələrlə belə hadisələr olub və təəssüf ki, indiki vəziyyət qaldıqca, yenə də olacaq.

Səhər tezdən bütün sosial şəbəkələrdə Raul Rəhimovun qətli müzakirə olunur. Amma bizim səlahiyyətlilər yenə də "təmkinlidirlər". Başqa bir ölkədə belə hadisə olsaydı, aləm bir-birinə dəyərdi. Uzağa getməyək, elə daim tənqid etdiyimiz Rusiyanı götürək.
Yanvarın 11-də orada qatar bələdçisi olan qadın Tviks adlı pişiyi qatardan atıb. 12 gündür ölkə bir-birinə dəyib. 300-dən çox könüllü pişiyin axtarışına çıxıb. Ən müxtəlif regionlardan axtarışa qoşulanlar var. 12 gündür ki hər gün Rusiya mətbuatı bu barədə yazır. Hadisənin bütün detalları araşdırılıb. Rusiya Dəmir Yolları bələdçini işdən uzaqlaşdırıb, xalqdan üzr istəyib. Bir az da üstlərinə getsələr, ölən pişiyin ruhundan da, əcdadlarından da üzr istəyəcəklər. Biz də isə yeniyetmə təhsil aldığı məktəbin qarşısında qətlə yetirilib, heç kimdən səs çıxmır. Dövlət qurumları düşünürlər ki, bu hadisəni necə "oformit" etsinlər...

Hər dəfə belə hadisələr yaşananda bir daha əmin olursan ki, bizim dövlət qurumları məsələni araşdırmaq, problemi çözmək əvəzinə onu gizlətmək, malalamaq, təkzib etməyi üstün tuturlar. Necə ki, bunu bu gün ağxalatlı səlahiyyətlilər gizlədiblər.

Perinatal Mərkəzdə baş verən yanğından sonra Kliniki Tibbi Mərkəzə köçürülən uşaqlardan 2-si dünyasını dəyişib. Bunu açıqlamaq əvəzinə, ciddi-cəhdlə xəbərin sızmamasına çalışırlar.

Doğrudanmı bizim cəmiyyət o qədər qəddarlaşıb, o qədər dəyərsizləşib ki, bu millətin körpələrininin rusların "Kot Tviks"i qədər dəyəri yoxdur?!

Zahid Nurəliyev


Xəbər 536 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +