Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


23.01.2024  13:56 

Kəşfiyyat orqanları media və sosial şəbəkələrdən istifadə edir





A+  A-

Müxtəlif ölkələrin kəşfiyyat orqanları agentləri işə götürmək üçün media və sosial şəbəkələrdən istifadə edir.

Xəzərnews.az xəbər verir, bu barədə yanvarın 23-də Kreml rəsmisi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) bu vasitələrdən daim istifadə edir.

“Ancaq bizə Mərkəzi Kəşfiyyat İdarəsindən kimsə lazımdır ki, ölkəmizdə “VKontakte” digər sosial şəbəkələrə nisbətən daha populyar olduğunu bildirsin”, - deyə Dmitri Peskov ruslara yönəlmiş və xarici sosial şəbəkələrdən birində yayımlanan işə götürmə videosunu şərh edərkən bildirib.

Bundan əvvəl Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin ABŞ-ın mübadilə proqramlarının rusiyalı məzunlarından istifadə edərək, Rusiya Federasiyasının prezident seçkilərinə müdaxilə etməyə hazırlaşdığını bildirmişdi. Onun sözlərinə görə, Vaşinqtonda onlar Qərbə qaçan sistemsiz müxalifəti “düzgün emal” ilə əvəz edə biləcəklərinə inanırlar.

Xəbər 340 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +