Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


11.01.2024  17:11 

Türkiyə, Gürcüstan, Rusiyada pensiya kapitalına çıxış imkanları var, bəs bizdə?





A+  A-

“Pensiya kapitalı illər üzrə ödənilir və indeksasiya olunaraq artırılır. Yəni vətəndaş pensiyaya çıxdıqdan sonra bu vəsait qanunvericiliyə uyğun olaraq 12 il müddətinə qaytarılır”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov bildirib.

“Əgər vətəndaş Dövlət Sosial Müdafiə Fonduna 25-30 il əvvəl 40 min pul ödəsəydi, pensiya kapitalını birdəfəlik götürə bilərdi”, – deyə o əlavə edib.

Qeyd edək ki, son illər ən çox müzakirə olunan mövzulardan biri pensiya yaşı və pensiya kapitalı ilə bağlıdır. Bu gün vətəndaşları ən çox narahat edən məsələlərdən biri odur ki, pensiya kapitalının məbləği çox yüksəkdir və onu toplamaq imkanı yoxdur.Yaxud vəfat edən şəxsin toplanan vəsaitinin ailə üzlərinə verilməməsi narahatlıq yaradır. Eləcə də bu gün bir sıra ölkələrdə, o cümlədən Türkiyədə vətəndaşlar pensiya yaşına çatdıqda dövlət ona “əməklilik ikramiyəsi” verilir ki, vətəndaş onunla iş qura bilir. Bizim ölkədə həmin birdəfəlik vəsait də verilmir.

Bu gün DSMF sədri “vətəndaş 25-30 il əvvəl 40 min manat pul ödəsəydi, pensiya kapitalını birdəfəlik götürə bilərdi” deyirsə, maraq doğuran odur ki, vətəndaş öncədən həmin vəsaiti haradan əldə edə bilər?

Xəzərnews.az xəbər verir ki, iqtisadçı-ekspert Natiq Cəfərov “Cebhe.info”-ya bildirdi ki, Dövlət Sosial Müdafiə Fondunun rəhbəri izah etməlidir ki, mənim ödədiyim vəsait kimindir:

“Çalışıram ki, hər ay ya özüm, ya da işəgötürənlə birlikdə Dövlət Sosial Müdafiə Fonduna ödəniş edirəm. Ödəniş etdiyim, toplanan vəsait kimindir, mənə aiddir? Əgər mənə aiddirsə, ona sərəncam vermək hüququmu necə bərpa edə bilərəm.

Burada addım-addım hüquqi suallar yaradıb, ona da normal məntiqli cavablar almaq lazımdır. İndi minimum kapital 42 min 320 manatdır. Tanıdığım insanlar var ki, biznesdə çox yüksək maaşlı vəzifələrdə işləyiblər. Bəzilərinin hətta orada 300 min manat vəsaiti də var. O zaman norma 42 min manatdırsa, ondan yuxarı olan hissəsini mən niyə götürə bilmərəm? Yaxud 12 ilə hesablanırsa, ailə başçısını itirdikdə Dövlət Sosial Müdafiə Fondunda 30-35 min manat vəsaiti qalır.

Onun ailə üzvlərinin həmin vəsaitə çıxış imkanları niyə olmasın? Dövlət ona yardım etməyib, həmin vəsaiti özü toplayıb. Çalışmışam, maaş almışam, Dövlət Sosial Müdafiə Fonduna ödəniş etmişəm. Burada dövlətin yeganə rolu odur ki, DSMF-yə o vəsaiti qoruyub. Bunun depozitlə heç bir fərqi yoxdur.

Türkiyədə, Gürcüstan, Rusiyada da insanların topladığı vəsaitlərə çıxış imkanları var. Bizi bu imkanlardan niyə, hansı məntiqlə məhrum etmək istəyirlər? Bu məsələlərdə DSMF-nin rəhbəri açıqlamalarında “sinifdə qalıb”. Belə çıxır ki, mən dövlətə vəsait ödəmişəmsə, ona sərəncam vermək hüququm olmur. Bu doğru yanaşma deyil.

Ümid edirəm ki, bu yalnışlıqlar düzəldiləcək, qanunvericilikdə dəyişikliklər olacaq. Əgər minimum yığım kapitalı ilə bağlı yanaşma qalacaqsa, heç olmasa deyə bilərlər ki, “mən 65 yaşında təqaüdə çıxıram. Orada 150 min pulum varsa, onun 42 min manatını çıxın, yerdə qalanını mənə qaytarın və mən iş qura, hansısa addımlar ata bilim. Bu vəsaitin sərəncam vermək hüququ vətəndaşda niyə yoxdur, sualına dövlət orqanları aydın şəkildə cavab verməlidir.

Çünki elə cavab verməlidir ki, ölkənin Konstitusiyası pozulmasın. Konstitusiyada özəl mülkiyyət, toplanan vəsaitin qorunma hüququ var. Şəxsən mənim də illərdir ki, orada 10 minlərlə vəsaitim toplanıb. Bu vəsaiti dövlət istifadə edir, ancaq mənə heç bir faiz də ödəmir. Bu məsələyə aydınlıq gətirməlidirlər.

Ümumiyyətlə, bu tipli suallar açıq qaldıqca insanları təxmin etməyəcək, daha çox qıcıq yaradacaq”.

Xəbər 4284 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +