XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat


15.12.2023  05:48 

Elnarə Xəlilova qalmaqallı paylaşımı ilə gündəmə gəlib





A+  A-

Müğənni Elnarə Xəlilova qalmaqallı paylaşımı ilə gündəmə gəlib.

Xəzərnews.az xəbər verir ki, sənətçi ad çəkmədən sənət adamlarından birini tənqid edib. O bildirib ki, həmin xanım ifaçı onun haqqında xoşagəlməz sözlər danışıb:

"Səni cəsarətli bilirdim, "Kukla". Cürətin çatmır mənimlə savaşmağa, itlərini fısqırtmısan üstümə, hürə-hürə qalıblar? Kişi qızı kimi çıx qarşıma, de ki, zəhləm gedir səndən, uğurlarını həzm edə bilmirəm, boğazımda qalmısan. Deyim, hə, kişi qızısan. Yoxsa özün girmisən siçan dəliyinə qorxundan, çaqqallarını da salmısan canıma. Bəs bilmirsən ki, itə hörmət edirlər yiyəsinə görə? Bəs bilmirsən ki, çaqqal aslana heç nə edə bilməz? Sensasiya istəyirdin? Al onda... İki qoçun başı bir qazanda qaynamaz. Qoçuluq etmək keçir könlündən? Ancaq xahiş edirəm, çaqqal-çuqqallarını yığışdır, cəsarətin çatırsa özün çıx qarşıma.

Bütün işimi, gücümü atıb yalnız sənə mahnılar həsr edəcəyəm bundan sonra. Gəl, yarışaq. Sən bir, mən 3 mahnı. Mən mədəni insanam da sadəcə, sözümü mahnılarımla deyirəm. Sən də geyin-keçin, bəzən, düzən və sadəcə, ağzını aç-bağla, kifayət edir. O da idmandı da. Hər adam bacarmır onu. Şpaqata otura bilərsən gələn konsertlərdən birində? Sadəcə, arada mahnı da oxu ki, bilək oxuyanısan. Tükənmisən artıq, canlı ölüsən. Arada sənə yazığım da gəlir. Çox istərdim ki, sənət göstərəsən".

Elnarə adını açıqlamadağı ifaçının mahnılarını da pisləyib:

"20 il ancaq uladın, bütün mahnıların da bayquş kimi. Son mahnılarının hamısı bir vedrə zibil, apar çırp müəlliflərin təpəsinə. Yenə aldadıblar səni. Arada güzgüdə özünə baxırsan? Get-gedə kişiyə oxşayırsan.

O gün bir verilişdə aparıcı ilə o qədər təriflədiniz ki, bir-birinizi, yenə də rusun bir şeiri yadıma düşdü: Kukuşka xvalit petuxa, a petux kukuşku. Kukla zirvəsi. Ümumiyyətlə, Azərbaycanda hansısa zirvəni tanıyırsan? Çingiz Mustafayev zirvəsi, dünya liderləri zirvələri və sair... Sən zirvə adını qazanmaq üçün neynəmisən? Bolluca fonoqram oxumusan? Ya ona-buna quyu qazmısan? Çünki yalnız qazdığın quyuların fonunda zirvədə hiss edə bilərsən özünü. Getdiyin verilişlərdə aparıcılar da elə özünün tayıdı. Mənə pul da versələr getmərəm o verilişə.

İndi isə bil və agah ol: Nə olursa olsun, bu dünya durduqca və nə qədər ki, canımda can vurur sən ömrünün sonuna qədər məndən aşağıda olacaqsan. Özünü bir də heç vaxt mənimlə müqayisə etmə. Dabanımın bildiyini sənin başın bilmir. Mən dövlət tədbirlərində oxuyanda sən toylarda onun-bunun qucağında oxuyursan. Mənim əxlaqım, tərbiyəm, mədəniyyətim, şərəfim, ləyaqətim və elmimdən səndə heç vaxt olmayacaq. Oxumaqları ümumiyyətlə, müqayisə etmək olmaz, çünki sən özün özünü təkrar eləməkdən başqa heç nə bacarmırsan.

Təkcə sənətimlə itli-küçüklü hamınızı basdıraram. Sadəcə, özünü sev və özünə hörmət elə, kukla. Mənə sataşma.3 ay kikboksinqlə məşğul olmuşam, məşqçim həmişə deyirdi çiynim töküldü. Belə getsə bir gün əlimdə qalacaqsan. Qorxdun? Zarafat edirəm, ay qız. Mən əlimi hər adama vurmuram, yalnız kuklalara".

İfaçı qarşı tərəfi onu təkrarlamaqda ittiham edib:

"Ağzını aç sən, gözləyirəm. Nə tənbəl qızsan. Niyə dinmirsən? Öz aramızdı, həqiqi tənbəlləşmisən. Yoruldum özüm özümlə rəqabət aparmaqdan. Son 3 duetim lap məhv eləyib səni. Rok oxumağa başlamısan. 14 il bundan əvvəl elədiklərimi indi edirsən hələ. Bir mənə bax görüm göydə salto vura bilərsən? Honzar qalasına niyə dırmaşmışdın ki? Allah haqqı, elə bilirdim bu saat salto vuracaqsan".

Nuray
XəzərNews.az


Xəbər 1264 dəfə oxunub.




07.12.2024  22:54 

Zelenski Donald Trampla görüşüb

06.12.2024  09:11 

Elgiz Alxanov həbs edildi

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +