Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


01.12.2023  14:29 

Vəziyyət təcili təhlil olunmalıdır - Deputat





A+  A-

“Hazırda ölkə ərazisində uşaqlar arasında yayılan qızılcanın ciddi şəkildə araşdırılamasına ehtiyac var. Ən birinci atılmalı olan addım Təhsil Nazirliyinin nəzdində Komissiya, universitetlərdə qərargahlar yaradılmasıdır. Bu məsələ istiqamətində çox çevik addımlar atılmalı, təcili qərarlar qəbul edilməlidir. Nəzərə almalıyıq ki, məktəbləri və universitetləri bağlamaq təhsilimiz üçün çox ciddi problemlər yarada bilər. Onsuz da hələ pandemiyadan sonra özümüzə gəlməmişik”.

Xəzərnews.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

Deputat bildirin ki, birdən-birə kütləvi şəkildə qapanmalara getmək olmaz:

“Hansı məktəblərdə həqiqətən yoluxma ciddidir, xəstəlik özünü açıq şəkildə göstərirsə, həmin məktəblərdə qapanma ilə bağlı addım atıla bilər. Lakin kütləvi şəkildə təhsil müəssisələrinin bağlanması təhsilimizin keyfiyyətinə, eyni zamanda Azərbaycanın dünya təhsilində mövqeyinə ciddi mənfi təsirini mütləq şəkildə göstərəcək. Buna görə də vəziyyət təcili təhlil olunmalıdır. Təəssüf ki, üzərindən xeyli müddət keçməsinə baxmayaraq, nə qərargah, nə də komissiya, qrup yaradılıb. Halbuki bütün bunlar yoluxma prosesinin nəzarətdə saxlanılması baxımından xüsusi önəm daşıyır. Çox ciddi məsələdir, üzərinə ciddi düşməliyik, ciddi addımlar atmalı, qərarlar qəbul etməliyik ki, məqsədimizə nail ola bilək”.

Xəbər 2132 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +